шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun tələbələri təqaüdə layiq görülüblər

2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin(ATİAHİ) adlı təqaüdü təqdim edilib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında təşkil olunmuş tədbirdə ATİAHİ-nin Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışıb.

O, həmkarlar ittifaqı təşkilatları tərəfındən dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edərək bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ-nin Respublika Komitəsinin adlı təqaüdü təsis edilib.

Sonra payız semestrinin imtahan nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan, həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə ATİAHİ-nin Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.

Məmnunluq hissi ilə bildiririk ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin(ADPU) tələbələri də təqaüd alanların sırasındadır. Məlumat üçün bildirək ki, adlı təqaüd alan tələbələr arasında Filologiya fakültəsinin tələbəsi Təranə Nəbiyeva, Musiqi,təsviri incəsənət,fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin tələbəsi Əhməd Almuradov, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin tələbəsi Püstəxanım Məmmədzadə, SABAH qruplarının tələbəsi Aytac Qənbərova və ADPU-nun Ağcabədi Filialının tələbəsi Anar Əliyev var.

Biz də tələbələrimizi bu uğur münasibətilə ürəkdən təbrik edir, həyatda, təhsildə və ictimai fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi