шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Əməkdar müəllim ZülfiyyəVəliyeva beynəlxalq konfransda iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyeva Qlobal Karyera İnstitutunun  martın  16-da Odlar Yurdu Universitetində keçrilmiş “Təhsilin inkişafında qadınların rolu” adlı  Beynəlxalq konfranda iştirak etmişdir. Respublikanın müxtəlif rayonlarında və Bakı şəhərinin məktəblərində işləyən müəllimlərlə yanaşı, ali məktəblərin, o cümlədən ADPU-nun müəllimlərinin iştirakı ilə keçirilən konfransda  Girne American Universitetinin professoru Hatice Afşaroğlu “Təhsilin inkişafında qadınların rolu”nun əsas komponentləri olan ailə-məktəb münasibətləri, peşə seçimi, özünəgüvən və özünüdəyərləndirmə kimi vacib mövzularda təqdimatlar  keçirmişdir. Mövzu ilə əlaqədar qarşılıqlı müzakirələr aparılmışdır.

[gallery ID=276]

Sonda Zülfiyyə Vəliyeva çıxış edərək mövzunun  pedaqoqlarımız  tərəfindən daim diqqətdə saxlandığını, milli-mənəvi dəyərlər ruhunda, sağlam dünyagörüşlü, yüksək insanı keyfiyyətlərin daşıyıcısı olan, təhsilimiz inkişafında fəal iştirak edən qadın pedaqoqlarımızın daim peşəkarlıq səviyyələrinin yüksəldilməsində maraqlı olduqlarını bildirib. Onlar təhsilimizə öz töhfələrini verirlər.

İştirakçılara Girne-Amerikan Universiteti tərəfində sertifikatlar təqdim olunmuşdur.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi