шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

“Çanaqqala: 104 illik qəhrəmanlıq dastanı” adlı seminar

Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) ADPU filialının fəallarından, fakültənin “Coğrafiya müəllimliyi” ixtisasının 1802-ci qrup tələbəsi Elsevər Cəlilovun təşəbbüsü və ACC ADPU filialının təşkilatçılığı ilə  “Çanaqqala: 104 illik qəhrəmanlıq dastanı” adlı seminar təşkil edilib. Seminarda Tarix və coğrafiya fakültəsinin dekan müavini, ACC-in vitse-prezidenti, dosent Mətanət Əsgərova, Ümumi coğrafiya kafedrasının müdiri, professor Məhəmməd Abduyev, ekspert qismində dəvət edilmiş Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Taleh Cəfərov və fəal tələbələr iştirak ediblər.

[gallery ID=284]

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan seminarı açmaq üçün çıxış edən dosent Mətanət Əsgərova bu tarixi hadisənin əhəmiyyətindən söz açıb, ACC üzvü və fakültənin I tədris ili tələbəsi olan Elsevər Cəlilovun bu təşəbbüsünün təqdirəlayiq hal olduğunu qeyd edib.

Sonra söz seminarın təşəbbüskarı Elsevər Cəlilova verilib. O, qeyd edib ki, bu tədbirin təşkilində əsas məqsəd tarixi hadisələri yaşatmaq və mahiyyətini dərk etmək fikrindən qaynaqlanır.

ACC fəalı, istedadlı tələbə, “Coğrafiya müəllimliyi” ixtisasının 301-ci qrup tələbəsi Ramil Ramizov Çanaqqala döyüşü haqqında hazırladığı təqdimatla çıxış edib, tələbələrə bu tarixi döyüşün maraqlı məqamlarından əyani surətdə fotofaktlarla söz açıb. Təqdimatın sonunda “Çanaqqala zəfəri” adlı videoçarx nümayiş olunub.

Sonra söz ekspert Taleh Cəfərova verilib. Natiq çıxışında Çanaqqala döyüşünün baş verdiyi tarixi şərait, bu zaman Osmanlı imperiyasının qarşılaşdığı gərgin geosiyasi vəziyyət, Birinci Dünya müharibəsi fonunda türk millətinin inamı ilə qazanılan və böyük qələbənin bir dönüş nöqtəsi olduğunu vurğulayaraq bu zəfərin sirlərinin hər bir tələbə-gənc üçün şəxsi və ictimai örnək ola biləcəyini bildirib.

Tədbirin yekununda vətənpərvərlik marşları səsləndirilib, tələbələrin sualları ətrafında müzakirələr davam etdirilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi