шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Dövlət Miqrasiya Xidmətinin Şəki Regional Bölməsinin əməkdaşları ilə görüş

Martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında Dövlət Miqrasiya Xidmətinin Şəki Regional Bölməsinin təşəbbüsü ilə professor-müəllim heyəti və tələbələrin görüşü keçirilib. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Şəki Regional bölməsinin şöbə rəisi  Taleh Musayev, bölmə rəisləri Faiq Məmmədov, Rəşad Bağırov, inspektorlar Taleh Abdulmənəfov və Elnur Əliyev iştirak ediblər.

[gallery ID=279]

Maarifləndirmə xarakterli tədbiri giriş sözü ilə filialın direktoru, dosent Rafiq Rasulov açaraq, tədbirin əhəmiyyətindən bəhs edib. Sonra Şəki Regional Miqrasiya İdarəsinin şöbə rəisi Taleh Musayev ümumi məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb və onun Əsasnaməsi təsdiq edilib. Hazırda respublikamızda Dövlət Miqrasiya Xidmətinin 8 regional idarəsi fəaliyyət göstərir. Dövlət Miqrasiya Xidməti müasir qloballaşan dünyada miqrasiya proseslərinin idarə edilməsi, təhlili, proqnozlaşdırılması və monitorinqinin təşkil edilməsi, eyni zamanda vahid informasiya sisteminin yaradılması, bu sahədə beynəlxaq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, immiqrant statusunun verilməsi və digər mühüm əhəmiyyətli məsələlər üzrə fəaliyyətləri həyata keçirir.

Şəki Regional Miqrasiya İdarəsinin bölmə rəisi Faiq Məmmədovun “Dövlət Miqrasiya Xidmətinin yaradılması və fəaliyyəti” mövzusunda məruzəsi, bölmə rəisi Rəşad Bağırovun “DMX-nin dövlət gənclər siyasətində rolu”, Şəki Regional Miqrasiya İdarəsinin inspektoru Taleh Abdulmənəfovun “Elektron hökumət” portalında DMX üzrə müraciətlərin aparılması qaydaları” mövzusunda çıxışları dinlənilib və tədbir iştirakçılarına “MİGAZ” ın istifadəsi, tətbiqində olan yeniliklər ilə bağlı məlumatlar izahlı videotəlimat vasitəsi ilə əyani göstərilib.

Tədbirdə ölkəmizin Dövlət Miqrasiya Xidməti siyasətinin məqsədi, vəzifələri, milli maraqların qorunması, qanunsuz miqrasiyaya, vətəndaşlığı olmayan şəxslərin ölkədə yaşaması, xaric edilməsi, qeydiyyata alınması və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda Dövlət Miqrasiya Xidmətinin Şəki Regional Bölməsinin əməkdaşları müəllim və tələbələri maraqlandıran sualları cavablandırıblar. Xatirə şəkilləri çəkdiriblər.


İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi