шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlarla görüş keçirilib

“Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də  martın 13-də fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertantlarla görüşün keçirilməsidir. Görüşdə 2016, 2017, 2018-ci illərdə ADPU-ya qəbul olunmuş doktorant və dissertantlar iştirak etdilər.

[gallery ID=277]

Tədbiri giriş sözü ilə açan Elm və innovasiyalar üzrə prorektor, professor Asəf  Zamanov doktorant və dissertantları salamladı. Qeyd edildi ki, kafedralarda doktorantların və dissertantların dissertasiya işlərinin mövzuları müzakirə edilərkən ciddi təhlillər və araşdırmalar aparılmalı, onun aktual olmasına, ədəbiyyatda necə əks olunmasına, elmi-texniki və texnoloji tərəqqinin tələblərinə cavab verməsinə xüsusi diqqət yetirməlidir. Mövzular müəyyənləşdirilərkən еlmin, təhsilin müasir və pеrspеktiv inkişafı, elm və təhsil qarşısında duran rеal vəzifələr, bu sahədəki dövlət siyasəti, aparılan islahatlar və ölkəmizin daha da inkişaf etməsini təmin edən prioritet istiqamətlər nəzərə alınmalıdır. 

Tədbirdə həmçinin Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov və baş mütəxəssis Sevinc Quliyeva çıxış edərək doktorantlara və dissertantlara lazımi məsləhətlər verib, onları maraqlandıran sualları cavablandırdılar. Doktorant və dissertantlar universitetdə onlara yaradılan şəraitə görə rəhbərlyə minnətdarlıqlarını bildirdilər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi