шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Filologiya fakültəsində daha bir yenilik

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsi daha bir yeniliyə imza atıb. Belə ki, fakültənin III tədris ilinin 301-ci qrup tələbəsi Nərmin Kənan qızı Həsənova ictimai işlərdəki fəallığına, nizam-intizamına, nümunəvi davranışına və 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasında qazandığı nailiyyətlərinə görə mart ayının 5-də Filologiya fakültəsinin Birincisi seçilib.

Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova bu münasibətlə fakültənin müəllim, tələbə heyətinin, Elm və innovasiyalar şöbəsinin əməkdaşlarının iştirakı ilə Nərmin Həsənovanı təbrik edərək ona həyatda və təhsildə uğurlar arzulayıb. Sonra dekan Mahirə Hüseynova fakültə Birincisinə Filologiya fakültəsinin təşəkkürnaməsini, pul mükafatını və gül dəstəsini təqdim edib.

Tədbirdə iştirak edən Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev, Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov, Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının müdiri, dosent Razim Məmmədov, İngilis dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Nailə Sadıqova, İngilis dili kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva, Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Nazilə Abdullazadə, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Sevda Abbasova və başqaları çıxış edərək Nərmin Həsənovanı qazandığı uğur münasibəti ilə təbrik ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi