шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsində Ağsaqqallar Şurası ilə görüş

Martın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Fizika və texnologiya fakültəsinin tələbələrinin universitetin Ağsaqqallar Şurasının üzvləri ilə  görüşü keçirilib. Görüşdə Fizika və texnologiya fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov, Ağsaqqallar Şurasının sədri, professor Malik Cəbrayılov, professor Eldar Abaszadə və professor İsa İsmayılov iştirak ediblər.

[gallery ID=249]

 Görüşü Fizika və texnologiya fakültəsinin dekanı, dosent A. Daşdəmirov açaraq hər zaman ağsaqqal sözünə, ağsaqqal məsləhətinə ehtiyac olduğunu bildirib. O, bu görüşün Fizika fakültəsinin Fizika və riyaziyyat fakültəsindən ayrılaraq müstəqil fakültə kimi fəaliyyətə başlamasının 50 illiyinə təsadüf etdiyi bir vaxtda keçirildiyini qeyd edib. Fakültənin məzunu olmuş görkəmli alimlər, akademik Həsən Abdullayev, Abasqulu Abaszadə və digər görkəmli məzunlar haqqında məlumat verərək ilk sözü Ağsaqqallar Şurasının sədri, professor Malik Cəbrayılova verib.

Professor M. Cəbrayılov bu görüşlərin keçirilməsinin bilavasitə universitetin rektoru, professor Cəfər Cəfərovun təşəbbüsü və onun ideyası olduğunu qeyd edərək, tələbələrə öz dəyərli məsləhətlərini verib.

Sonra söz professor Eldar Abaszadəyə və professor İsa İsmayılova verilib. Onlar da öz təcrübələrindən nümunələr gətirərək tələbələrə öz məsləhətlərini və arzularını çatdırıblar.

Sonda tələbələrin çoxsaylı suallarına cavablar verilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi