шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsində elmi seminar keçirildi

Martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsinin Ümumi fizika kafedrasının dosenti, fizika üzrə elmlər doktoru Aydın Ələkbərovun “Dünyanın müasir ekoloji durumu” mövzusunda elmi seminarı keçirildi. Dosent A.Ələkbərov dünyada yaranmış ekoloji böhranın fəsadları və onların aradan qaldırılması yollarından bəhs etdi. Məruzəçi böhranın səbəbləri kimi iki amili‒təbii və antropogen amilləri dinləyicilərin diqqətinə çatdırdı. O, qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Sovet İttifaqının çökməsi dünyanın yalnız siyasi həyatında deyil, iqtisadiyyatında da əsaslı dəyişikliklərə səbəb oldu. Çin, Hindistan, İndoneziya, Cənubi Koreya, Braziliya kimi sənaye nəhənglərinin yaranmasına gətirib çıxardı. Ənənəvi sənaye dövlətlərindən-ABŞ, Avropa İttifaqı ölkələri və Yaponiyadan fərqli olaraq bu ölkələrdə əmtəə istehsalı ətraf mühitin-atmosferin, okeanların, müxtəlif su hövzələrinin kəskin şəkildə çirklənməsinə gətirib çıxardı. Beləliklə, son 30 il yalnız yüksək texnologiyaların, informasiya vasitələrinin, süni intellektin, IV sənaye inqilabının təşəkkül tapması ilə deyil, həm də qlobal ekoloji böhranın yaranması ilə xarakterikdir. Dosent A.Ələkbərov vurğuladı ki, təbiət amilləri kimi atmosferdəki maqnit qasırğaları, zəlzələlər, vulkanlar, uzunmüddətli yağıntılar və qasırğalar göstərilirsə, antropogen amil kimi sənaye tullantıları, böyük dağıdıcı gücə malik silahların tətbiq edildiyi müharibələr, onunla bağlı qarşısı alına bilinməyən miqrant axınları önə çəkilir.

        Məruzəçi çıxışında yaranmış acınacaqlı vəziyyətdən çıxış yolunu böyük güclər arasındakı antaqonist ziddiyyətlərə son qoyulmasında, ümumi hərbi büdcəsi trilyon dollarları aşmış silah istehsalının azaldılmasında, XXI əsr insanının düşüncəsində əsaslı dəyişikliklərin aparılmasında görür. Buna misal kimi Azərbaycan modelini göstərmək olar. Bu gün Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri mehriban ailə kimi yaşayırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, multikulturalizm və tolerantlıq bizim ən böyük mənəvi sərvətimizdir. Belə yanaşma dünya miqyasında reallaşarsa, nə "məxməri inqilablar" baş verər, nə də yüz minlərlə dinc insan ölümə məhkum olmaz. Əksinə, hərbi layihələrə və müharibələrə xərclənən milyardlarla vəsait insanların rifahına, Yer kürəsində yaranmış qlobal ekoloji böhranın aradan qaldırılmasına sərf olunar.

         Məruzə fakültənin professor-müəllim heyəti və tələbələri tərəfindən böyük maraqla dinlənildi.

Sonda fakültənin dekanı, dosent Arzu Daşdəmirov fakültənin kollektivi və öz adından dosent A.Ələkbərova  təşəkkürünü  bildirdi.  

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi