шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsində “STEM təhsil” mövzusunda dəyirmi masa keçirildi

“Elm günü” ilə əlaqədar olaraq martın 14–də Fizika və texnologiya fakültəsində “STEM təhsil” mövzusunda dəyirmi masa keçirildi. Dəyirmi masanı giriş sözü ilə fakültənin dekanı, dosent Arzu Daşdəmirov açdı. Qeyd etdi ki, müasir təhsil sistemi tədris prosesinə innovativ texnologiyaların tətbiqini tələb edir. Belə texnologiyalardan biri olan STEM texnologiyasının tətbiqi şagirdlərə qazandıqları nəzəri bilikləri praktikada tətbiq etməyə imkan verir. Bu texnologiya əsasında şagirdlər riyazi düsturları və fiziki qanunları necə tətbiq etməli olduqlarını əyani görür və bu da şagirdlərin intellektual potensialının açılmasına kömək edir.

[gallery ID=274]

Dosent A. Daşdəmirov STEM-in hazırda parçalanmış, bir–biri ilə əlaqəsini itirmiş və yalnız nəzəri biliklərin əzbərlədilməsi yolu ilə öyrədilən təbiət elmlərinin bir tam şəkildə birləşərək, layihə əsaslı bir təhsil modeli olduğunu söylədi. Bundan başqa o, ölkəmizdə fəaliyyət göstərən “Engineering for kids”, “STEM Education Azarbaycan” və Hədəf STEM liseyi kimi tanınan STEM mərkəzlərinin bu texnologiyanın Azərbaycanda tətbiqi ilə məşğul olduğunu söylədi.

Sonra STEM təhsil ilə bağlı Fizikanın tədrisi metodikası kafedrasının dosenti Qalib Şərifov ətraflı təqdimat etdi. O, STEM təhsilin tarixi, mahiyyəti, dünyada tətbiq coğrafiyası və STEM müəllimlərinin qəbul olunmuş kompetensiyaları haqqında ətraflı danışdı.

 “STEM Education Azerbaijan” Şirkətinin rəhbəri Ceyhun Cabbarov STEM təhsilin Təhsil Nazirliyi tərəfindən tədrisə məqsədyönlü şəkildə tətbiq edilməsi təşəbbüsünü nəzərə alaraq ADPU-nun nəzdində STEM müəllimlərinin hazırlanmasına ehtiyacın duyulduğunu qeyd etdi.

Hədəf STEM liseyinin elmi məsləhətçisi Yalçın İslamzadə şagirdlərin STEM dərslərə olan həvəsini və bu dərsin nəticəsi kimi şagirdlərdə bilik, bacarıqların və vərdişlərin formalaşmasını söylədi və çıxış edənlərin fikrinə dəstək olaraq STEM müəllimlərinin ADPU–da hazırlanmasını tam məqsədəuyğun hesab etdi.

ADPU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev  STEM təhsilin tətbiq coğrafiyasının genişlənməsini qeyd edərək bu təhsil modelinin dünyada innovativ bir təhsil modeli olduğunu söylədi. Təhsil Nazirliyi STEM-in pilot layihə kimi ümumtəhsil məktəblərində tətbiq olunmasını reallaşdırmaq istəyir və təlim məqsədilə 50 nəfər müəllim İsrailə göndərilib.

Mövzu ilə bağlı Kimya və biologiya fakültəsinin dekanı, dosent Elnarə Mehbalıyeva, Riyaziyyat və informatika fakültəsinin dekan müavini, dosent Allahverdi Cəfərov, kafedra müdirləri, dosent Əli Zalov, professor Azadxan Adıgözəlov, dosent Nizam Mehdizadə və professor Şükür Əlizadə də öz fikirlərini bölüşdülər.

Sonra Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov çıxış etdi. Dosent E. Aslanov STEM təhsilin artıq Qazaxıstan, Gürcüstan, Türkiyədə tətbiqinə başlanıldığını dedi. O, dəyirmi masada söylənilən fikirlərin əsaslı olduğunu və STEM təhsilin umümtəhsil məktəblərində uğurla tətbiq olunması üçün onun mahiyyətinin ictimaiyyətə geniş miqyasda çatdırılmasının zərurətini söylədi.

Yekunda dosent E.Aslanov bu dəyirmi masanı təşkil edən fakültənin dekanı, dosent A. Daşdəmirova və tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi