шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Fizika və texnologiya fakültəsinin Eksperimental qrupunun tələbələri ekskursiyada

Martın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika və texnologiya fakültəsinin Eksperimental qrupunun tələbələri Hədəf STEM Liseyində ekskursiyada oldular. Onlar liseyin elmi məsləhətçisi Yalçın İslamzadədən və interaktiv elm muzeyinin qurucusu Elçin Abbasovdan STEM təhsillə bağlı elmi məlumatlar aldılar və STEM təcrübələrində iştirak etdilər. Yalçın İslamzadənin STEM təhsillə bağlı verdiyi elmi məlumatlar tələbələr tərəfindən çox maraqla qarşılandı. Qeyd edildi ki, bu müasir, innovativ təhsil sistemi dünyanın bir çox inkişaf etmiş dövlətləri tərəfindən uğurla həyata keçirilir.

[gallery ID=257]

Bundan başqa o, XXİ əsrin ən möcüzəli cihazı olan Tesla Transformatorundan, maqnit levitasiyası qurğusundan və bir çox müasir STEM cihazlardan bəhs etdi. Tələbələrin Elçin Abbasova ünvanladıqları çoxsaylı suallar STEM təhsilin onlar üçün çox maraqlı və valehedici olması STEM Liseyinin əməkdaşları tərəfindən təqdirəlayiq hesab olundu.

Daha sonra tələbələr STEM təhsillə əlaqədar kompüter təminat proqramı və robot texnologiyasına aid qurğularla tanış oldular. Tələbələr uzaqdan idarə olunan robotların hazırlanmasında iştirak edərək onların rəqabətlilik xassələrini araşdırdılar.

Fakültənin dekanı, dosent Arzu Daşdəmirov yeni nəsil fizika müəllimlərinin STEM təhsillə yaxından tanış olmasının vacibliyini söylədi. O, STEM təhsilin tələbələrin dünyagörüşünün artırılması ilə yanaşı, həm də onların peşəkar fizika müəllimi kimi yetişdirilməsində böyük rol oynayacağını vurğuladı.

Ümumilikdə ekskursiya tələbələr üçün çox əlamətdar hadisəyə çevrildi. Tələbələr bu ekskursiyanı təşkil edən fakültənin dekanı, dosent Arzu Daşdəmirova öz dərin minnətdarlıqlarını bildirdilər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi