шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İbtidai təhsil fakültəsində ingilis dili fənninin tədrisi vəziyyəti müzakirə edilib

İbtidai təhsil fakültəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasında 2018-2019-cu tədris ilinin  payız semestrinin imtahan sessiyasının nəticələri və qarşıda duran vəzifələrlə bağlı  universitetin  rektoru, professor Cəfər Cəfərovun, Tədris işləri üzrə prorektoru,  dosent Eldar Aslanovun, Apelyasiya Komissiyasının sədri  Rəşad Sadıqovun və İmtahan Qərargahının rəhbəri, dosent Asif Axundovun fakültə ilə bağlı təklif və tövsiyələri kafedra müdirlərinin və müəllimlərinin iştirakı ilə geniş müzakirə olunur. Martın 13-də Filologiya fakültəsinin İngilis dili  kafedrasının müdiri, dosent Gülçöhrə Alıyevanın və fakültədə dərs deyən ingilis dili müəllimlərinin iştirakı ilə “İbtidai təhsil fakültəsində ingilis dili fənninin tədrisi vəziyyəti” müzakirə olunub.

[gallery ID=275]

Fakültənin dekanı, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov  məlumat verib ki, payız semestrinin imtahan sessiyasında I tədris ili  üzrə  298 nəfər, II tədris ili  üzrə  275 nəfər, III tədris ili  üzrə 304 nəfər, IV-V-VI tədris illəri  üzrə 9 nəfər tələbə ingilis dili fənnindən imtahan veriblər. İmtahanın nəticələri digər fənlərlə müqayisədə qənaətbəxş olub. İştirak edən tələbələrdən yalnız 3 nəfərin akademik borcu qalıb. Fakültədə ingilis dilinin 6 semestr  intensiv şəkildə  tədris edildiyini qeyd edən professor F.Rüstəmov tələbələrin dil öyrənmə bacarığından, müəllimlərin ciddi və məsuliyyətli olmalarından, ingilis dilinin tədrisinin praktik istiqamətinin daha da gücləndirilməsi məqsədilə görüləcək işlərdən danışıb.

İngilis dili  kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva  işgüzar müzakirə üçün təşəkkürünü bildirib və inglis dili fənninin keyfiyyətinin yüksəldilməsi, tələbələrin dil öyrənmə bacarığının artırılması üçün görüləcək işlərdən  danışıb. Fakültədə ingilis dilində tədbirlərin keçirilməsi,   Talehə Əhmədova  tərəfindən tələbələr üçün 2 ay yarımlıq “Speaking through listening” (Dinləmə vasitəsilə danışıq”) dil dərslərinin  təşkil edilməsi planlaşdırılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi