шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Kimya və biologiya fakültəsinin müəllim və tələbələri ilə görüş

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda (NKPİ) “Elm günü” və Dmitri Mendeleyevin dövri qanununun kəşfinin 150 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Dövlə Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin professoru Telman Ağdamski, dosenti Asəf Quliyev, kimya elmləri doktoru Əli Zalov, kimya üzrə fəlsəfə doktoru Reyhan Ağayeva, dosent Kərim Quliyev, kimya üzrə fəlsəfə doktoru İsa Cəfərov, dosent Vəsilə Qurbanova, müəllim Mətanət Nuriyeva, tələbələr və magistrantlar iştirak etdilər.

[gallery ID=286]

AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov tədbiri açaraq BMT Baş Assambleyası tərəfindən 2019-cu ilin “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Sistemi Cədvəli İli” elan olunduğunu bildirdi.  

Analitik və üzvi kimya kafedrasının müdiri Ə.Zalov və kafedranın professoru T.Ağdamski tədbirdə dövri qanunun kimya elmində oynadığı böyük roldan danışdılar.

Tədbirdə tələbələrə dövri qanunun yeni bir formasını hazırlayan və ABŞ-da yaşamış həmyerlimiz Abbas Çayxorski haqqında geniş məlumat verildi.

Tədbirdə akademik V.Abbasov Mendeleyevin dövri qanununun kəşfinə dair ətraflı məlumat verərək tələbələr, magistrantlar və müəllimlərlə fikir mübadiləsi apardı.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi