шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin müəllim və tələbələri hərbi hissədə

Martın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin professor-müəllim və tələbə heyəti Novruz bayramı münasibətilə “N” hərbi hissəsinin əsgər və zabitləri ilə görüşüblər. Görüşdə onlara bayram sovqatı verilib. 

Tədbiri giriş sözü ilə Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova açaraq universitetin rəhbərliyi adından Novruz bayramı münasibətilə əsgər və zabitləri təbrik edib, onlara uğurlar arzulayıb, həmçinin fakültə barədə geniş məlumat verib. Sonra söz musiqiyə verilib. 

Əməkdar incəsənət xadimi, dosent Nailə Mirməmmədli və fakültənin tələbələri əsgər və zabitlər qarşısında maraqlı və rəngarəng konsert proqramı ilə çıxış ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi