шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

“Novruz” xonça müsabiqəsi keçirilib

 

Martın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialının ayrı-ayrı ixtisaslar üzrə tələbə qrupları arasında Novruz bayramı münasibətilə  elan edilmiş “Novruz xonça müsabiqəsi”nə yekun vurulub. Tədbirdə filialın direktoru, dosent Rafiq Rasulov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə filialın direktoru, dosent Rafiq Rasulov kollektivi bayram münasibətilə təbrik edib, xoş arzularını bildirib.

 Çıxış edən müəllim və tələbələr də bayram münasibətilə təbriklərini çatdırıb, bu bayramın xeyirxahlıq, birlik, bərabərlik simvolu olduğunu vurğulayıblar.

Sonra yekun baxış müsabiqəsində “Ən yaxşı Novruz xonçası”nın qalibləri olan qruplar münsiflər heyəti tərəfindən elan edilib və mükafatlandırılıb. Filialın İ-17 və A-17 nömrəli  qrup tələbələri hazırladıqları xonça ilə birinci, Rİ-18 və XF-16 nömrəli  qrup tələbələri ikinci, M-16, R-16  və A-18 nömrəli  qrup tələbələri isə  üçüncü yerə layiq görülüblər.  Müsabiqədə iştirak edən digər qruplara rəhbərlik tərəfindən təşəkkür  elan edilib.

Qeyd edək ki, tələbələr hazırladıqları xonçalarla Şəki şəhərində keçirilən bayram şənliyində iştirak ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi