шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Pedaqoji təcrübə tələbələrin həyatında mühüm mərhələdir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin əyani və qiyabi şöbəsinin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə IV, V, VI və VII tədris ilinin tələbələri tədris prosesi zamanı əldə etdikləri bilik və bacarıqları pedaqoji təcrübədə sınaqdan keçirirlər. Pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasına səmərəli təsir edir.Pedaqoji təcrübə keçrilməsi ilə əlaqədar İbtidai təhsilin pedaqogikası və metodikası kafedrası tərəfindən qruplar üzrə rəhbərlər və metodistlər müəyyənləşdirilmişdir. Ana dili, Riyaziyyat, Həyat bilgisi,Texnologiya, Fiziki tərbiyə, Təsviri incəsənət və Musiqi fənnləri  üzrə metodistlər təyin olunmuşlar. Bakı  şəhərinin aşağıda adları qeyd olunan ümumtəhsil məktəblərində (Məktəblər "İlin ən yaxışı məktəbi” müsabiqəsinin qalibləridir, İbtidai sinif müəllimlərınin əksəriyyəti qabaqcıl iş təcrübəsi olan, müsabiqə qalibləri, fəxri adı və müxtəlif təltifləri olanlardır)- 8, 19, 42, 45, 83, 93, 111, 132, 157, 202, 212, 266 nömrəli tam orta məktəblərində və AMK-nin tərkibində İncəsənət  Gimnaziyasında pedaqoq, psixoloq və metodistlərin iştirakı ilə təcrübə keçirlər. Təcrübəçi tələbələrə kömək məqsədilə hazırlanmış "Pedaqoji təcrübə gündəliyinin tərtibinə dair tövsiyələr" adlı metodik vəsait tələbələrin pedaqoji təcrübədə olduqları məktəbdə təlim və tədris fəaliyyətinə nəzarət, əldə edilən nəticələrin qeydiyyatının aparılmasına dair sənəd, həmçinin təcrübəçi tələbələrin fəaliyyətinin pedaqoji təcrübə rəhbəri, təcrübə başa çatdıqdan sonra isə universitet rəhbərliyi tərəfindən qiymətləndirilməsi üçün əsas sənəddir. Pedaqoji təcrübə rəhbərləri fəaliyyətlərini bu sənədin tələblərinə əsasən qururlar. Pedaqoji təcrübə ilə bağlı metodiki vəsaitlər müəlim və tələbələrə çatdırılmış və lazımi izahatlar verilmışdir.  Pedaqoji təcrubə keçriləcək məktəblər haqqında məlumatlar hazırlanıb əlaqədar şöbəyə təqdim edilmişdir. 18 fevral 2019-cu il tarixdə  İbtidai təhsil fakültəsində Pedaqoji təcrübəyə həsr olunmuş konfras keçrilmişdir. Konfransda İbtidai təhsil fakültəsin dekanı, Əməkdar elm xadimi, professor Fərrux Rüstəmov pedaqoji təcrübənin keçirilməsi ilə bağlı öz tövsiyələrini vermişdir. IV, V, VI və VII tədris ilinin tələbələrinin pedaqoji təcrübəsi 18 fevraldan başlamış, 25 may 2019-cu ildə başa çatacaqdır. Təcrübə rəhbərlərinə, tələbərlə və metodistlərə metodiki təlimat və tövsiyələr verilmiş, fəaliyyətimizi təlimata uğun qurmuşuq. Bütün qruplarda acıq dərslərin cədvəlləri,təcrübə rəhbərlərinin iş qrafiki hazırlanmışdır.

[gallery ID=262]

Tələbələr açıq dərslər keçir, tədbirlər gerçəkləşdirirlər. Mart ayının 12-də 202 nömrəli tam orta məktəbdə pedaqoji təcrübə keçən 403-cü qrupun tələbələri Aytac Rəhimli və Ayşən Məmmədli (pedaqoji təcrübə rəhbəri Təranə Tağıyeva)  2-ci a sinif şagirdləri ilə "Novruz şənliyi" adlı maraqlı tədbir keçirmışlər. Tədbirdə İbtidai təhsil fakültəsinin dekanı, professor F.Rüstəmov, dekan müavini, dosent Afət Həsənova, fakültə üzrə pedaqoji  təcrübə rəhbəri, Əməkdar müəllim Zülfiyyə Vəliyeva, məktəbin direktoru Arzu Süleymanova, məktəbin ibtidai sinif müəlimləri, şagird və valideynlər iştirak etmişlər.

Tədbirdə professor F.Rüstəmov çıxış edərək tələbələri təbrik edib, məktəbin rəhbərliyinə təcrübəçi tələbər üçün yaradılmış şərairtə görə təşəkkürünü bildirib. Sonda məktəbin direktoru Arzu Süleymanova çıxış edərək pedaqoji təcrübə keçən tələbələrə uğurlar arzuladı, ADPU-nun  rekroru, professor Cəfər Cəfərova  direktoru olduğu məktəblə universitetin  əməkdaşlığına görə öz təşəkkürünü bildirdi.

Zülfiyyə Vəliyeva,

Əməkdar müəllim, İbtidai təhsil fakültəsinin

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə pedaqoji  təcrübə rəhbəri