шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Tarix və coğrafiya fakültəsində Cəfər Cabbarlının 120 illiyi münasibətilə ingilis dilində tədbir keçirilib

Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsində fakültənin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Habil Həsənovun və Filologiya fakültəsinin İngilis dili kafedrasının baş müəllimi Sevda Ağayevanın rəhbərliyi ilə tələbələrin və Bakı şəhəri Nizami rayonu Milli Qəhrəman Məzahir Rüstəmov adına  32 nömrəli tam  orta məktəbin 3 c sinif şagirdi Avtandil Əliyevin iştirakı ilə XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarından biri olan Cəfər Cabbarlının 120 illiyi münasibətilə ingilis dilində “I am such an unfading leaf” (Mən bir solmaz yarpağam)  adlı tədbir təşkil edilib.

Tədbirdə dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında, ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkarın yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verilməsindən bəhs edilib.

Eyni zamanda tələbələr tədbirin davamında ölməz ədibin həyat və yaradıcılığı barədə ətraflı danışaraq sevilən şeirlərini söyləyiblər və Cəfər Cabbarlının əsərlərindən olan mahnılar ifa ediblər.

Daha sonra tələbələr ədibin “Sevil“ dramından səhnəciklər göstəriblər. Tələbələrin çıxışları sinxron olaraq videoçarxla müşayiət olunub.

Tədbirin sonunda dekan müavini Habil Həsənov Sevda Ağayevaya və tədbirdə iştirak edən müəllim və tələbə heyətinə öz minnətdarlığını bildirib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi