шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Tarix və coğrafiya fakültəsində "Novruz çərşənbələrinin tarixi kökləri və regional özəllikləri" adlı mühazirə

“Elm günü” ilə bağlı martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) II tədris binasında Tarix və coğrafiya fakültəsi (TCF) tərəfindən AMEA-nın  Arxeologiya və Etnoqrafiya İnstitutunun  baş elmi işçisi,  "Xalq yaradıcılığı" redaksiyasının işçisi, "Keçmişdən gələcəyə" verilişinin aparıcısı, tarix üzrə elmlər doktoru Güllü Yoloğlunun fakültədə professor-müəllim və tələbə heyəti ilə görüşü təşkil edildi. Görüşdə Güllü Yoloğlunun  "Novruz çərşənbələrinin tarixi kökləri və regional özəllikləri" adlı mühazirəsi dinlənildi.

[gallery ID=290]

Fakültənin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Habil Həsənov görüşü açıq elan etdi və Güllü Yoloğlu haqqında məlumat  verərək görüşün aktuallığını qeyd etdi.

Güllü Yoloğlu Novruz çərşənbələrinin tarixi kökləri və regional özəllikləri haqqında maraqlı məruzə ilə çıxış edərək Novruz bayramının tarixi haqqında geniş məlumat verdi. 

Görüşdə mövzu ilə bağlı geniş müzakirələr aparıldı, professor-müəllim və tələbə heyətini  maraqlandıran suallar cavablandırıldı.

 İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi