шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da “Tyutor hazırlığı” təlimlərinə start verilib

Aprelin 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Tyutor hazırlığı” təlimlərinə start verilib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək  kredit sistemi ilə təhsil alan tələbələrə peşə­kar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasının əhəmiyyətindən danışıb.

Sonra Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru, dosent İsrayıl İsgəndərov,  Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov çıxış ediblər.

Tədbir Davamlı təhsil və təlim şöbəsinin müdiri, dosent Mobil Məcidovun “Tyutor hazırlığı” təlimlərinin təşkili qaydalarına dair təqdimatı ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi