шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan şahmat turnirinin açılış mərasimi keçirilib

Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) II nömrəli tədris binasında universitetin Heydər Əliyev Mərkəzinin xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr etdiyi “Şahmatın inkişafı və təbliği” layihəsi çərçivəsində şahmat turnirinin açılış mərasimi keçirilib. Açılış mərasimində ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

[gallery ID=367]

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Heydər Əliyev Mərkəzinin baş mütəxəssisi Aytən Daşdəmirova bildirib ki, xalqımız hər il mayın 10-da görkəmli dövlət xadimi, müasir Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin doğum gününü qeyd edir. Hələ sağlığında əfsanələşmiş Heydər Əliyevin həyat və fəaliyyəti doğma xalqına xidmət, yüksək dəyərlərə sədaqət meyarı olmuşdur. Ulu öndər Heydər Əliyev həsəd aparılacaq bir ömür yaşadı. Xalqımızı ən yüksək məqama – müstəqilliyə qovuşdurdu. Dünyada insanın Vətənin timsalına çevrilməsi nadir hadisələrdəndir. Məhz ümummilli lider Heydər Əliyev dünyada bu yüksək zirvəyə çatan qüdrətli şəxsiyyətlərdən biri oldu. Heydər Əliyev Azərbaycanın müasir dövrünün yeni intibah mərhələsinin banisidir. Bu gün ölkəmizə Heydər Əliyev yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəhbərlik edir. Dövlət başçımız İlham Əliyev dünya azərbaycanlılarının lideridir.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında qeyd edib ki, qədirbilən xalqımız həmişə ulu öndər Heydər Əliyev şəxsiyyətini uca tutur, Onun əziz xatirəsi daim bizim qəlbimizdədir. Azərbaycanda dövlət gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyev Azərbaycan gənclərinin bilikli, savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq olmalarını arzulayırdı.Eyni zamanda Ulu Öndər gənclərə Azərbaycanın dövlət müstəqilliyinin qorunmasını, daha da gücləndirilməsini tövsiyə edirdi. ADPU-da ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Bugünkü şahmat yarışı da həmin silsilə tədbirlər çərçivəsində keçirilən bir tədbirdir. Belə yarışlar gənclərin intellektual səviyyəsinin artırılmasına xidmət edir. Gənclərimiz yaxşı təhsil almaqla yanaşı, fiziki sağlamlıqlarına da xüsusi diqqət yetirməli, asudə vaxtlarını maraqlı və səmərəli keçirməlidirlər. Gənclərimiz həm fiziki, həm də əqli cəhətdən güclü olmalıdırlar. Rektor çıxışının sonunda yarış iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, 16 ən güclü tələbə arasında keçirilən şahmat turnirində I yerin qalibi üçün 100 manat pul mükafatı və kubok, II yerin qalibi üçün 50 manat pul mükafatı və medal, III yerin qalibi üçün 30 manat pul mükafatı və medal nəzərdə tutulub. Digər iştirakçılara isə təşəkkürnamələr təqdim ediləcək.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi