шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun əsas tədris binasının 110 illik fotosu – gənc tədqiqatçıdan ADPU-nun 100 illiyinə hədiyyə

Mayın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev gənc tədqiqatçı jurnalist, yazar, politoloq Dilqəm Əhmədlə görüşüb. Görüşdə  Dilqəm Əhmədin son illər ərzində Azərbaycan tarixi ilə bağlı apardığı araşdırmalar, onun cümhuriyyət dövrü tariximizə və mühacir irsimizə aid topladığı kolleksiya, üzə çıxardığı yeni sənəd və materiallar haqqında danışılıb, bu kimi işlərin bütün gənc alimlərimizə bir örnək olduğu qeyd olunub.

[gallery ID=368]

ADPU-nun rəhbərliyinə səmimi qəbula və diqqətə görə təşəkkürünü bildirən Dilqəm Əhməd öz növbəsində ADPU-nun qarşıdan gələn 100 illik yubileyi ilə bağlı  özünün şəxsi kolleksiyasında qorunub saxlanılan və bir neçə il əvvəl əldə etdiyi ADPU-nun əsas tədris binasının bir hissəsinin tikintisinə aid 110 illik orijinal fotonu hədiyyə edib. Sözügedən fotonun üzərində diqqətçəkən qeydlər var. Belə ki, fotonun yuxarı sol hissəsindəki qeyddə rus dilində yazılıb: “Bakı Kommersiya Məktəbinin idman zalının tikintisi”. Aşağı sol küncdəki qeyddə isə “1909-1911-ci illər” yazısı öz əksini tapmışdır. Fotonun arxasında sonradan onun sahibi olmuş şəxsin şəxsi möhürü var.

Qeyd edək ki, ADPU-nun əsas tədris binası olan Ü.Hacıbəyli, 68 ünvanındakı  bina XIX əsrdə, Çar Rusiyası dönəmində tikilib. 1901-ci ildən Ticarət və  Sənaye Nazirliyi tabeliyində yaradılan Bakı Kommersiya Məktəbinin binası kimi fəaliyyət göstərib. Cümhuriyyət dövründə ingilis donanmasının hərbi hospitalı kimi fəaliyyət gösətərən bina 1919-cu ilin avqustun 13-də boşaldılmış və AXC hökumətinə təhvil verilib. 1 sentyabr 1919-cu ildə  AXC parlamentində Bakı Dövlət Universitetinin təsis edilməsi haqda qərar qəbul edilir və Azərbaycanın ilk universiteti məhz bu binada fəaliyyətə başlayır.

Aşağıdakı şəkillərdə sizə ADPU-nun əsas tədris binasının ümumi görünüşünü, sözügedən fotonu və o cümlədən bu tarixi fotoda əksini tapan zalın hazırkı vəziyyətini təqdim edirik. Hazırda həmin zal ADPU-nun əsas tədris binasının Kitabxana-İnformasiya Mərkəzinin oxu zalı kimi fəaliyyət göstərir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi