шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU Tələbə Gənclər Təşkilatının təşkilatçığı ilə “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı elmi seminar keçirilib

Aprelin 30-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçığı ilə Heydər Əliyev məktəbinin lektoriyasında Azərbaycan və bütün türk dünyasının büyük fikir adamı, bu il anadan olmasının 150, vəfatının 80 illiyi tamam olan Əhməd bəy Ağaoğluya həsr edilmiş tələbələr üçün elmi seminar baş tutub. Qeyd edək ki, 2018-ci ilin noyabr-2019-cu ilin mart  ayları ərzində TGT-nin sədr müavini Taleh Mirzəyevin rəhəbrliyi ilə ADPU-da  Aprel şəhidi Nurəddin Mirzəyevin xatirəsinə həsr edilmiş “Gənclərin ermənilərin mənşəyi, “erməni məsələsi”, dünya və erməni ictimai-siyasi xadimlərinin ermənilər haqda fikirləri və beynəlxalq erməni terrorizmi haqda məlumatlandırılması” layihəsi çərçivəsində silsilə elmi seminarlar təşkil edilmişdir. “Əhməd bəy Ağaoğlu – 150 illik fikir dühamız və difamız” adlı seminar da məhz bu layihənin davamını təşkil edir.

Seminarda Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, Tədris Departamentinin direktor müavini, dosent Ənvər İmanov, Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev, TGT-nin sədri vəzifəsini icra edən Nurlan Hüseynov, layihə rəhbəri Taleh Mirzəyev və universitetin müxtəlif fakültələrinin tələbələri iştirak ediblər.

Mövzu üzrə mütəxəssis qismində dəvət edilmiş gənc araşdırmaçı-jurnalist, yazar və politoloq, “Çapar” dərgisinin baş redaktoru, Azərbaycanın cümhuriyyət dönəmi tarixi və tarixi şəxsiyyətləriylə bağlı geniş tədqiqatlar aparan Dilqəm Əhməd tələbələr önündə Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyəti, apardığı milli mücadilənin müxtəlif istiqamətləri, onun bir alim, hüquqşünas, millət fədaisi, Cümhuriyyət, Osmanlı və Türkiyə parlamentinin deputatı kimi fərqli mühitlər çərçivəsində həmişə türk birliyi və müstəqilliyini müdafiə etməsi, siyasi-ideoloji fikir meydanındakı cəsarətli mövqeyindən söz açıb, özünün apardığı tədqiqatların nəticələrindən danışaraq kolleksiyasında olan Əhməd bəyin həyatının müxtəlif anlarını əyani əks etdirən nadir fotoşəkilləri nümayiş etdirib. Əhməd bəy Ağaoğlunun 150 illiyi şərəfinə Dilqəm Əhməd tərəfindən tərtib edilən  və içərisində Əhməd bəy Ağaoğlunun xatirələri, yazıları, eləcə də Ağaoğlular ailəsinə aid nadir fotoşəkillər və sənədlərin, həmçinin Mustafa Kamal Atatürkə yazdığı iki məktubun da yer aldığı “Şuşa, Peterburq və Paris xatirələri” kitabı haqda məlumat verilib.

Daha sonra tələbələrin sualları və fikirləri əsasında müzakirələr qarşılıqlı diskussiya formasında davam etdirilib. Həmçinin dosent Ənvər İmanov, dosent Yusif Alıyev da Əhməd bəy Ağaoğlu haqda öz təəssüratlarını bölüşərək tələbələrin bu cür elmi yığıncaqlar təşkil etməsinin çox sevindirici hal olmasını qeyd ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi