шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Filologiya fakültəsində TEC-in xətti ilə növbəti elmi konfrans keçirilib

Mayın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya  fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə elmi konfrans təşkil edilib. Konfrans universitetin Böyük Akt zalında keçirilib. Konfransda Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

[gallery ID=372]

Filologiya fakültəsinin TEC-nin sədri, dosent Ülviyyə Hacıyeva konfransı giriş sözü ilə açaraq bir çox tələbənin həyatında bir ilk olan bu bilik bayramı münasibətilə onları təbrik edib. Sonra söz Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynovaya verilib.

Professor M.Hüseynova konfransa tezis təqdim etmiş tələbələrə öz tövsiyələrini verib və gələcəkdə elmi araşdırmalar zamanı bu kimi konfransların önəmindən danışıb.

Filologiya üzrə elmlər doktoru, dosent Həcər Hüseynova, dosent Fəxrəddin Yusifov və Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Nazilə Abdullazadə çıxış ediblər.

Fakültə TEC-nin sədri, dosent Ü.Hacıyeva  çıxışında  146 nəfər tələbənin konfransa tezis təqdim etdiyini bildirib, tələbələrin elmi-tədqiqat işi aparmaq üçün kifayət qədər maraqları olduğunu qeyd edib.

Sonra konfrans 3 bölmədə öz işinə davam edib. Mayın 3-də mövzusunun aktuallığı, innovativliyi və xüsusi natiqlik bacarığı ilə seçilən tələbələr sertifikatlarla təltif edilib və həmin tələbələrin tezislərinin universitet TEC-nin elmi konfransına təqdim edilməsi məqsədəuyğun bilinib.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi