шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Hərbiyönümlü QHT rəhbərləri ADPU-nun rektoru Cəfər Cəfərovla görüşdülər

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin təşəbbüsü ilə hərbiyönümlü QHT-lər - Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev, sədr müavini Həsən Əmirov, İdarə Heyətinin üzvləri - polkovnik, "Azərbaycan Bayrağı" ordenli Xətai Baxışov, polkovnik, "Azərbaycan Bayrağı" ordenli Hikmət Ağayev, "20 Yanvar Cəmiyyəti”nin sədri Sultan Əzimzadə, “Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovla görüş keçiriblər.

Görüşdə QHT rəhbərləri universitetdə aparılan genişmiqyaslı islahatları dəstəklədiklərini, bu işlərin bütün ali təhsil müəssisələrində davam etdirilməsini arzuladıqlarını bildiriblər.

Görüşdə mütəmadi birgə tədbirlərin keçirilməsi ilə bağlı iş planı hazırlanıb. Pedaqoji Universitetin Azərbaycan üçün çox əhəmiyyətli olduğu vurğulanıb.

Tədbirdə müəllimlərimizin yetişdiyi Azərbaycanda ilk universitetlərdən olan Pedaqoji Universitetin böyük kollektivinin olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, 17 mindən çox tələbənin təhsil aldığı ali məktəbdə 2500-ə qədər müəllim və texniki kadr heyəti çalışır.

Görüşün müzakirə mövzusunun əsasını universitetin məzunu olan şəhidlərin, milli qəhrəmanların anım tədbirlərinin keçirilməsi, Qarabağ müharibəsi qaziləri ilə görüşlərin təşkili, gənclərə onların həyat yolu haqqında məlumat vermək təşkil edib.

Qeyd olunub ki, Pedaqoji Universitetdə 1981-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə hərbi kafedra yaradılıb. Həmin kafedranın gələcəkdə birgə bərpası istiqamətində işlərin həyata keçirilməsi planlaşdırılıb. Həmçinin tələbələrin tez-tez hərbi hissələri ziyarət etmələri, əsgərlərin fəaliyyəti ilə tanış olmaları üçün görüşlərin təşkili nəzərdə tutulub.

Sonda rektor Cəfər Cəfərov Vətən Müharibəsi Veteranlar Birliyinin təsis etdiyi "Milli Ordunun 100 illik yubiley" medalı ilə təltif edilib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi