шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Riyad Rüstəmli YAP-ın Səbail rayon təşkilatının Gənclər Birliyinin sədri seçildi

Aprelin 30-da Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin növbəti iclası keçirildi. YAP-ın Səbail rayon təşkilatının Gənclər Birliyinin sədri vəzifəsinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorunun köməkçisi Riyad Arif oğlu Rüstəmlinin namizədliyi irəli sürüldü. Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu.

Riyad Rüstəmli YAP-ın Səbail rayon təşkilatının Gənclər Birliyinin sədri seçildi.

Qeyd edək ki, Riyad Rüstəmli 1991-ci ildə Baki şəhərində anadan olub. 2009-2013-cü illərdə Bakı Dövlət Universitetinin  (BDU) “Sosiologiya”  ixtisası üzrə rus bölməsini  fərqlənmə diplomu ilə bitirib. 2013-2014-cü illərdə Silahlı Qüvvələrin Xüsusi təyinatlı hərbi hissəsində xidmət edib. 2014-2016- ci illərdə BDU-nun  “ Sosial iş”   ixtisası üzrə magistr səviyyəsi üzrə rus bölməsini fərqlənmə diplomu ilə bitirib. 2017-ci ildən BDU-nun  Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının doktorantıdır.

Əmək fəaliyyəti: 

2009-2014-cü illərdə  BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Tələbə Gənclər Təşklatının sədri olub. 2009-2014-cü illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Layihələr departamentinin koordinatoru, bir çox yerli və beynəlxalq layihələrin icraçı rəhbəri olub. 2010-2013 -cü illərdə SİFE-students in free enterprises (tələbələrin azad sahibkarlıq fəaliyyəti)  üzrə  BDU-nun komandasının rəhbəri olub. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı kimi çalışıb. 2013-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində nazirin köməkçi heyətinin üzvü kimi çalışıb (İctimai əsaslarla). 2013-cü ildə NEW BAKU POST qəzetində müxtəlif vəzifələrdə çalışıb. 2014-cü ildə Karat Holding ( İzmir Residence ) Manager olub. 2014-2015-ci illərdə Holiday İnn Baku otelinin Satınalmalar şöbəsində çalışıb. 2015-ci ildə KEPEZ  group of companies  müdirinin müşaviri  vəzifəsində çalışıb. 2016-cı ildə Prezident Administrasiyası Birinci Xanımın işlərinin təminatı sektorunda (ictimai əsaslarla) çalışıb. 2016-cı ilin noyabr ayından ADPU-nun rektorunun köməkçisi vəzifəsində çalışır.

Universitetdə təhsil aldığı müddətdə gənclər sektorunda göstərdiyi aktivliyə görə dəfələrlə YAP-ın, Gənclər və İdman Nazirliyinin, BDU-nun  və bir çox digər qurumların  rəhbərliyi tərəfindən mükafatlandırılıb. 2010-cu ildə Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən Liderlik məktəbinin qalibi olub. 2010-cu ildə Anaklia adasında keçirilən Dünya Gənclərinin Patriot düşərgəsində Azərbaycanı layiqincə təmsil edib, qızıl medalla mükafatlandırılıb. Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilən MDB gənc liderləri üçün təşkil olunmuş  yay məktəbi layihəsinin qalib komandasının kapitanı olub. Evrovision-2012  Beynəlxalq Mahnı Müsabiqəsinin və  Baku-2015 İlk Avropa Oyunlarının  təşkili və keçirilməsində yaxından iştırak edib. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin 3-cü forumunun Təşkilat Komitəsinin üzvü olub. 2009-2013-cü illərdə  BDU-nun “İlin ən yaxşı tələbəsi” nominasıyasının qalibi olub. 2 fevral 2018-ci ildə  Yeni Azərbaycan Parityasının rəhbərliyi tərəfindən partiyanın ictimai –siyasi sahəsində fəaliyyətinə görə Fəxri Fərmanla mükafatlandırılıb. Xidmət vaxtı döyüş, ictimai-siyasi hazırlığında və  nizam-intizamında yüksək nailiyyətlər əldə etdiyinə görə yuxarı komandanlıq tərəfindən  Fəxri Fərmanla təltif  edilib  və dəfələrlə təşəkkürə layiq görülüb.

YAP-ın  Səbail rayon təşkilatının “Pedaqoqlar” ərazi ilk təşkilatının İdarə Heyətinin sədr müavinidir.

Riyad müəllimi bu  münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, ictimai-siyasi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi