шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-da doktoranturaya və dissertanturaya qəbul başlayıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq məktubuna əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru hazırlığı üzrə  dissertanturaya  qəbulla bağlı “Azərbaycan” qəzetinin 4 dekabr 2018-ci il tarixli 273 nömrəsində elan dərc edilmişdir. Elana əsasən müxtəlif ixtisaslar üzrə 18 yer fəlsəfə doktoru proqramı üzrə doktoranturaya, 9 yer fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 7 yer elmlər doktoru proqramı üzrə dissertanturaya ayrılmışdır.

ADPU-nun rektoru, professor Cəfər Cəfərovun 6 dekabr 2018-ci il tarixli 3/173 nömrəli əmri ilə Sənəd Qəbulu Komissiyası yaradılmışdır. 7-25 dekabr 2018-ci il tarixlərdə ADPU-da sənəd qəbulu keçirilmişdir. Bu dövrdə komissiyaya 45 nəfər sənəd təqdim etmişdir: 33 nəfər fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya, 7 nəfər fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya, 5 nəfər elmlər doktoru hazırlığı üzrə dissertanturaya.

7 yanvar 2019-cu il tarixdən fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanları, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertanturaya müsahibələr başlayıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi