шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı vətəndaş cəmiyyəti platformasının resurslarından istifadə etməklə tədrisin təşkili, tədris fəaliyyətinin, o cümlədən imtahan prosesinin monitorinqi, təhsil alan tələbələrin gündəlik qayğılarının öyrənilməsi, onlara əməli kömək göstərilməsi və sair məsələlər üzrə  İctimai Şura yaradılmışdır. İctimai Şuranın tərkibinə Şamaxı rayonunun ictimai həyatında xüsusi fərqlənən, müxtəlif fəxri adlarla təltif edilən qabaqcıl təhsil işçiləri daxil edilmişdir.

İctimai Şuranın üzvləri imtahan prosesinin monitorinqi məqsədilə payız semestrinin imtahan sessiyasında iştirak etdilər. İlk olaraq İctimai Şuranın üzvləri dəyirmi masa ətrafında təhsil sahəsində baş verən yeniliklərdən, uğurlardan danışdılar. Söhbət zamanı qeyd olundu ki, ADPU-nun Şamaxı Filialı bölgədə yeganə ali təhsil müəssisəsi olmaqla yanaşı, həm də rayonun ictimai həyatında mühüm rol oynayır. Filialın məzunları müxtəlif bölgələrdə, xüsusilə Şamaxıda və onun ətraf kəndlərində uğurla fəaliyyət göstərirlər.

Sonra İctimai Şura üzvləri imtahanların gedişini izləmək məqsədilə imtahan gedən auditoriyalarda oldular. İmtahanların keçirilməsi üçün auditoriyaların hazrlıq vəziyyətinə gətirilməsini, növbətçilərin öz yerlərində olmasını və dəhlizlərdə tam sakitliyin təmin olunmasını müsbət hal kimi qiymətləndirdilər.

Şura üzvləri imtahan bitdikdən sonra yazı işlərinin şifrələnməsi, müəllimlərin  imtahan nəticələrinin yoxlamaları prosesini də izlədilər və bu proseslərdə obyektivliyin şahidi oldular.

İctimai Şura üzvləri Apelyasiya Komissiyasının və İmtahan Qərargahının fəaliyyəti ilə də yaxından tanış oldular. Filialın TGT sədrinin də Apelyasiya Komissiyasının üzvü olmasını müsbət hal kimi qiymətləndirdilər.

İmtahanlar bitdikdən sonra İctimai Şuranın üzvləri tələbələrlə də söhbətlər apardılar.

Sonda onlar ümumilikdə imtahan sessiyasının keçirilməsinə müsbət münasibətlərini bildirdilər və yüksək təəssüratla filialdan ayrıldılar.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi