шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun əməkdaşı “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu”nda iştirak edib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva yanvarın 26-da “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu”nda iştirak edib. Foruma dövlət qurumları və özəl şirkətlərin mətbuat katibləri, yerli və türkdilli ölkələrin PR mütəxəssisləri, o cümlədən Beynəlxalq PR Assosiasiyasının (İPRA) prezidenti Svetlana Stavreva,  Türkiyə Halkla İlişkiler Dərnəyinin rəhbəri Gonca Karakaş, media və ictimaiyyət nümayəndələri qatılıb.

Forum Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının (APRA) sədri, "Baku School of PR" şirkətinin direktoru İlham Məmmədzadə Forumun ölkədə PR mütəxəssislərinin hazırlanmasında ciddi rol oynayacağını bildirib. O, qeyd edib ki, bu Forumun keçirilməsində məqsəd türkdilli dövlətlərin PR mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün yeni bir platforma yaratmaq, habelə bu ölkələrdə ictimaiyyətlə əlaqələr sektorunun inkişafına töhfələr verməkdir. İ.Məmmədzadə vurğulayıb ki, ilk forumun Bakıda keçirilməsi ölkəmizin türkdilli dövlətlərin inteqrasiya mərkəzinə çevrilməsinin bariz nümunəsidir: “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu türkdilli dövlətlərin inteqrasiyasına yönəlmiş fəaliyyətinə dəstək olan, bu dövlətlərin PR mütəxəssislərini ilk dəfə olaraq bir araya yığan və onların əməkdaşlığı üçün platforma və şəbəkə yaratmaq, əməkdaşlıq yolları barədə müzakirələr aparmaq, müasir demokratik cəmiyyətlərin mühüm idarəetmə elementlərindən biri olan PR-ın bu ölkələrdə inkişafına yardım etmək və s. bu kimi məqsədlər üçün təşkil olunan beynəlxalq konqresdir. Forum Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanın dövlət və özəl sektorlarda çalışan PR mütəxəssislərini bir araya gətirib”.

Bakı Forumunun birinci sessiyasında “Müasir kommunikasiya texnologiyalarının inkişaf trendləri” müzakirə edilib. Spikerlər-Beynəlxalq PR Assosiasiyasının prezidenti Svetlana Stavreva “Rəqəmsal transformasiya və süni zəka dövründə hekayəmizi necə danışmalı?”, Türkiyə Halkla İlişkiler Dərnəyinin rəhbəri Gonca Karakaş “İctimaiyyətlə əlaqələrdə gələcəyin trendləri", "KeepFace" (Azərbaycan) şirkətinin həmtəsisçisi Emin Vəliyev “Müasir kommunikasiya kanalları və influenserlər", biznes məsləhətçi, “Afandi Consultancy Azərbaycan” şirkətinin rəhbəri İlham Əfəndiyev “Effektiv Dijital PR” mövzusunda çıxışlar ediblər.

İkinci sessiyada (“Ölkə brendi və PR”) spikerlər Ceyda Aydede (PR Mütəxəssisi, IPRA-nın keçmiş prezidenti – Türkiyə) “Ölkənin marketinqi və PR-ı necə edilir?", Vəli Əlibəyov (Avropa Ekspertlər Şurasının üzvü – Azərbaycan) “Ölkə brend ola bilərmi?", Gülnurə Toraliyeva (Bishkek School of PR – Qırğızıstan) “PR-da strateji yanaşmalar və böhran əleyhinə kommunikasiyalar", Asif Usubəliyev (Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru – Azərbaycan) “Türk mədəniyyətinin təbliği işində PR texnologiyaların imkanları” mövzularında danışıblar.

Üçüncü sessiyada (Türkdilli ölkələrdə PR-ın vəziyyəti: problemlər və perspektivlər) Kamran Əliyev (APRA-nın xarici əlaqələr koordinatoru – Azərbaycan) “Azərbaycanda ictimaiyyətlə əlaqələr: pərakəndə PR, yoxsa kampaniya əsaslı PR?", Tariel Cəlallı (Action Global Communications, Qazaxstan Ofisinin Rəhbəri) “Qazaxıstanda PR bazarı və trendlər”, Afət Yaqubova (Laboratoriya PR Agentliyinin direktoru – Azərbaycan) “Medianın pullu olduğu dövrdə PR PR-dırmı?”, Jaloliddin Usmanov (Beynəlxalq Press Klub, sədr müavini – Özbəkistan) “Özbəkistanda PR” mövzularında çıxış ediblər.

Çıxışlardan sonra iştirakçılar və spikerlər arasında interaktiv debatlar aparılıb, iştirakçılara sertifikat təqdim edilib.

İctimaiyyətlə əlaqəlar və marketinq şöbəsi