шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Ağcabədi Filialında bayram tədbiri keçirildi

Azərbaycan Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirildi.

[gallery ID=166]

Tədbiri giriş sözü ilə açan filialın direktoru, dosent Mətanət Fərzəliyeva öncə tədbir iştirakçılarını hər iki bayram münasibətilə təbrik etdi.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Sonra dosent M. Fərzəliyeva xalqımızın həmrəy olduğu 31 dekabr gününün yaranma tarixindən danışaraq bildirdi ki, Azərbaycan xalqı daim öz igid oğulları, vətənpərvər övladları ilə qürur hissi keçirmişdir. Böyük əminliklə deyə bilərik ki, Vətənimizin və xalqımızın taleyi etibarlı əllərdədir. Müstəqil Azərbaycan Respublikasının yeritdiyi daxili və xarici siyasət kursu bilavasitə xalqımızın mənafeyinə xidmət amalı üzərində qurulmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasi fəaliyyəti bizi ruhlandırır və işğal altında qalan torpaqlarımızın müqəddəratının müsbət mənada həllini tapacağına inandırır. Biz bir xalq olaraq dövlətçiliyimizin keşiyində dayanan Ali Baş Komandanımızın ətrafında sıx birləşməli və həmrəyliyimizlə onun siyasi gücünə güc qatmalıyıq.

Dosent M.Fərzəliyeva çıxışının sonunda filialın bir qrup qabaqcıl tələbələrini bayram münasibətilə fəxri fərmanla təltif etdi.

Çıxış edən filialın İctimai, təbiət fənləri və onların tədrisi metodikası kafedrasının dosenti Məhəmməd Hüseynov, “Xalq” qəzetinin bölgə müxbiri, Prezident təqaüdçüsü, filialın baş müəllimi Ziyəddin Sultanov, tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov, filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov və başqaları xalqımızın həmrəylik gününün sevincini bir arada paylaşan tədbir iştirakçılarına səmimi duyğularını ifadə edərək, qarşıdan gələn 2019-cu təqvim ilinin ölkəmiz və eləcə də filial üçün uğurlu olmasını dilədilər.

Sonra filial tələbələrinin hazırladığı “Qış nağılı” adlı musiqili-əyləncəli konsert proqramı nümayiş etdirildi. Rəngarəng ifalar, səhnəciklər və şou proramlar tədbir iştirakçılarının bayram əhvalını bir qədər də yüksəltdi.

Tədbir milli birlik, həmrəylik duyğuları və gələcək nailiyyətlərə uğurla imza atmaq ümidilə sona çatdı.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi