шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Cəlilabad Filialında payız semestrinin imtahan sessiyası

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad Filialı dövlət təhsil siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq uğurlu addımlar atır. Filialda müasir dövrün tələbləri səviyyəsində kadrların hazırlanması, təhsil alan tələbələrin elmi-nəzəri və praktik hazırlığının yüksəldilməsi üçün əlverişli şərait mövcuddur.

Filialda “İbtidai sinif müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və “Məktəbəqədər təlim və tərbiyə” ixtisasları üzrə 350 nəfər tələbə payız semestrinin imtahan sessiyasına buraxılmışdır. Filialda payız semestrinin imtahan sessiyası “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” Təhsil Nazirliyinin və ADPU-nun əmrlərinə uyğun olaraq keçirilir. İmtahan sessiyasından bir ay əvvəl bütün fənlər üzrə kafedralarda müzakirə və təsdiq edilmiş imtahan sualları tələbələrə çatdırılmışdır. Fənlər üzrə proqram materialları ilə imtahan suallarının eyniliyi təmin edilmişdir.

Payız semestrinin imtahan sessiyası ilə əlaqədar filialda geniş tədbirlər planı hazırlanmışdır. İmtahanlar bir qayda olaraq saat 900-da başlayır və 2 saat davam edir.

İmtahan sessiyası ilə bağlı professor-müəllim heyəti və tələbələrlə geniş iclas keçirilmişdir. Filialda İmtahan Komissiyası, sessiya müddətində daxil olan şikayətlərin çevik şəkildə araşdırılmasını təmin etmək məqsədilə İmtahan Qərargahı, imtahan prosesində yarana biləcək şikayətlərin çevik və obyektiv həll edilməsini təmin etmək məqsədilə Apelyasiya Komissiyası yaradılmış və imtahanın aparılması üçün  koordinatorlar təyin edilmişdir. Rəy və təkliflər qutusu hazırlanaraq filialın I mərtəbəsinin dəhlizində yerləşdirilib. İmtahanları müşahidə etmək məqsədilə imtahan otaqlarında xüsusi kamera quraşdırılıb.

İmtahan dövründə filialın kompüter mərkəzlərinin, kitabxana, oxu zalı və  yeməkxanasının fasiləsiz işləməsi təmin edilmişdir.

İmtahanlar başa çatdıqdan sonra nəticələr mərkəzləşmiş qaydada kodlaşdırılaraq ixtisas müəllimləri tərəfindən həmin gün obyektivlik təmin edilərək yoxlanılıb qiymətləndirilir. Təlimata əsasən bu barədə tələbələrə həmin gün müvafiq məlumatlar verilir, nəticələr elanlar lövhəsindən asılır. İmtahan materiallarının yoxlanması üçün xüsusi zal ayrılmışdır.

Sessiya müddətində fililda “Açıq qapı” prinsipini əsas tutaraq ictimaiyyət nümayəndələrinin və valideynlərin imtahanlarda iştirakına lazımi şərait yaradılıb.

İmtahan sessiyasının obyektiv, şəffaf və qaydalara uyğun keçirilməsi üçün filialın bütün potensial imkanlarından istifadə edilir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi