шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş bir sıra tədbirlər həyata keçirilib. Belə ki, filialın “Oxucu” divar qəzetində 20 Yanvar faciəsi ilə əlaqədar yazılan məqalələr  öz əksini tapıb.

Yanvarın 15-də filialın Tələbə Gənclər Təşkilatının (TGT) və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə fəal tələbələr Quba şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri qoyub və Quba şəhidlərinin qəhrəmanlıq yolunu əks etdirən məlumatlar saxlanılan muzeylə tanış olublar.

Yanvarın 16-da faciənin tarixi faktlarını bir daha tələbə-gənclərin diqqətinə çatdırmaq məqsədilə filialın Ədəbiyyat və dillər, Pedaqoji və ictimai fənlər kafedralarının əməkdaşları tərəfindən mühazirələr təşkil olunub.

Yanvarın 16-da filialda həmçinin “Unutma, unutdurma!” adlı tədbir keçirilib.Tədbirdə filialın direktoru, professor Əli Allahverdiyev 20 Yanvar hadisələrinin canlı şahidi kimi imperiya ordusunun əliyalın dinc əhaliyə qanlı divan tutmasından danışıb, 20 Yanvar faciəsinin əslində qəhrəmanlıq tariximiz olduğunu xüsusi vurğulayıb.

Yanvarın 20-də filialın rəhbərliyi başda olmaqla, professor-müəllim heyəti Quba Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət edib, şəhid məzarlarının və faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə tər qərənfillər düzərək şəhidlərimizə olan hörmət və ehtiramlarını ifadə ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi