шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-nun komandası futzal yarışında iştirak edib

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsinin (ATİAHİK) təşkilatçılığı ilə respublikamızın ali məktəb tələbələrinin futzal yarışı keçirilib. “A” qrupunda Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Bakı Slavyan Universiteti (BSU), Azərbaycan Dillər Universiteti (ADU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Sumqayıt Dövlət Universiteti (SDU) və Bakı Ali Neft Məktəbi (BANM) yer alıb. Qrup yarışlarından sonra Bakı Dövlət Universitetinin (BDU) və Azərbaycan Texniki Universitetinin (AzTU) komandalarını məğlub edən komandamız finala vəsiqə qazanıb.

Qeyd edək ki, ADPU-nun komandası 21 ali  təhsil müəssisəsinin komandasının iştirak etdiyi yarışda II yeri tutub.

Yanvarın 25-də ADPU-nun rektoru, professor  Cəfər Cəfərov bu münasibətlə komandanın üzvləri ilə görüşüb. Görüşdə Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vurğun Məmmədov, İdman klubunun müdiri Araz Xəlilov, rektor köməkçisi Riyad Rüstəmli iştirak ediblər. Görüşdə rektor komanda üzvlərini təbrik edib, onlara təhsildə və gələcək yarışlarda uğurlar arzulayıb.

Biz də bu münasibətlə komandamızı təbrik edir və yeni uğurlar arzulayırıq.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi