шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun nəzdində ADPK-də “Yeni ildə həmrəy olaq!”adlı tədbir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş “Yeni ildə həmrəy olaq!” adlı tədbir keçirildi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

[gallery ID=168]

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, dosent İsrayıl İsgəndərov kollektivi 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi, müəllimlərə gələcək pedaqoji fəaliyyətlərində, tələbələrə isə növbəti imtahan sessiyasında uğurlar arzuladı.

Sonra tələbələrin hazırladıqları bayram konserti təqdim olundu. Foyedə kollecin tələbələrinin qış mövsümünə həsr edilmiş rəsm əsərlərindən və əl işlərindən ibarət yarmarka təşkil olundu.

 İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi