шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun Şəki Filialında “ADA Universitetinin tanıtım layihəsi” çərçivəsində seminar

Yanvarın 9-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında “ADA Universitetinin tanıtım layihəsi” çərçivəsində seminar keçirilib. Tədbirdə ADA Universitetinin əməkdaşları Şəbnəm Qəhrəmanova, Mühəndislik fakültəsinin professoru, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Anar Vəliyev iştirak ediblər.

[gallery ID=173]

Tədbiri giriş sözü ilə açan filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov seminarın mövzusu və əhəmiyyətindən bəhs edib.

ADA Universitetinin əməkdaşları Şəbnəm Qəhrəmanova, Vüqar Musayev və Anar Vəliyev çıxış edərək ADA Universitetinin yaranma tarixi, fakültə və ixtisasları. qəbul qaydaları, professor-müəllim və tələbə heyəti, maddi-texniki bazası haqqında ətraflı məlumat veriblər. Açıq fikir mübadiləsi şəraitində keçən seminarda tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, karyera yüksəlişi üçün zəruri olan tələblər barədə geniş izahatlar verilib.

Görüş tələbələrin dərin marağı və fəallığı şəraitində başa çatıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi