шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

E-kitabxana

ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib

20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsilə əlaqədar olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında Tədbirlər planı təsdiq olunmuş və həmin plana əsasən silsilə tədbirlər həyata keçirilmişdir.

Həmin Tədbirlər planına uyğun olaraq filialın kitabxanasında 20 Yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş guşə yaradıldı.

Tədbirlər planının müvafiq bəndinə uyğun olaraq yanvarın 16-da faciənin tarixi faktlarını bir daha tələbə-gənclərin diqqətinə çatdırmaq məqsədilə mühazilər təşkil olundu. Ictimai və xüsusi fənlər kafedrasının əməkdaşları tərəfindən təşkil olunan mühazirələrdə ilk olaraq 20 Yanvar gecəsində azadlıq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra o faciəli, dəhşətli, qanlı hadisələr zamanı silahlanmış imperiya ordusunun əliyalın dinc əhaliyə, azadlıq, müstəqillik arzusunda olan insanlara qanlı divan tutmasından danışıldı.  

Kafedranın müdiri, dosent Mayıl Alıcanov 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırdı. Dərslərdə o da qeyd olundu ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü gənc nəsli də, gələcək nəsillər də şəhidlərin qəhrəmanlığından nümunə götürməlidirlər.

Yanvarın 19-da filialın Tələbə Gənclər Təşkilatının fəal üzvləri Şamaxı rayonunda yerləşən Şəhidlər Xiyabanında şəhid məzarlarının və faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə tər qərənfillər düzərək şəhidlərimizə olan hörmət və ehtiramlarını ifadə etdilər.

 Yanvarın 20-də filialın rəhbərliyi başda olmaqla, professor-müəllim heyəti Şamaxı Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət etdilər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi