шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU Türkiyə universitetləri ilə əlaqələrini genişləndirir

Yanvarın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov ölkəmizin Türkiyədəki Səfirliyinin Təhsil müşaviri Nəcibə Nəsibova ilə görüşüb. Görüşdə ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Lətif Kəngərlinski, Günay Məhərrəmova, rektorun köməkçisi Riyad Rüstəmli iştirak ediblər.

lery ID=171]Rektor Cəfər Cəfərov görüşdə ADPU-da həyata keçirilən islahatlar, infrastrukturun yenilənməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsilin beynəlmiləlləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, xarici dilin tədrisinin səviyyəsinin yüksəldilməsi sahəsində gerçəkləşən tədbirlər barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, son illər dövlət səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan cəmiyyətində müəllim peşəsinə maraq xeyli artıb. Belə ki, 2018-2019-cu tədris ilində ölkəmizdə 500-dən yüksək bal toplayan 2090 nəfər gənc müəllimlik peşəsini seçib. Bu il 500-dən yüksək bal toplayan 566 nəfər gənc ali təhsil almaq üçün ADPU-nu seçib. Bu, son 3 il ərzində ADPU-nun timsalında 22 dəfə artım deməkdir. ADPU öz beynəlxalq əlaqələrində Türkiyə universitetləri ilə əlaqələrə xüsusi önəm verir və bu əlaqələri gələcəkdə daha da genişləndirmək niyyətindədir. ADPU-da Türk araşdırmaları elmi-tədqiqat laboratoriyası, TÜRKSOY kafedrası, türkiyəli tələbələrin idarə heyəti fəaliyyət göstərir. ADPU müxtəlif beynəlxalq layihələrdə, o cümlədən inklüziv təhsil sahəsində iki böyük layihədə iştirak edir. Kompleks şəkildə həyata keçirilən islahatlar ADPU-nu gələcəkdə Türkiyə üçün daha cəlbedici edəcəkdir.

Təhsil müşaviri Nəcibə Nəsibova son illər ADPU-da həyata keçirilən islahatları diqqətlə izlədiyini və bu islahatları təqdir etdiyini bildirib. Türkiyədə müəllim peşəsinə marağın böyük olduğunu qeyd edən Nəcibə Nəsibova ADPU-da təhsil alan türkiyəli tələbələrə göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə təşəkkür edib. O, ADPU-nun Türkiyə universitetləri ilə əlaqələrinin daha da genişləndirilməsinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Görüşdə inklüziv təhsil sahəsində əməkdaşlıq, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin, həmçinin Türkiyə təcrübəsinin öyrənilib tətbiq edilməsi, ikili diplomlar, ADPU-nun təhsildə fərqlənən tələbələrinin Türkiyədə pedaqoji təcrübə keçmələri və digər məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Sonda rektor Cəfər Cəfərov Nəcibə Nəsibovanı universitetin tədris binası, o cümlədən Türk araşdırmaları elmi-tədqiqat laboratoriyası və TÜRKSOY kafedrası ilə tanış edib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi