шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-ya yeni qəbul olunmuş doktorant və dissertantlarla görüş keçirilib

Yanvarın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-ci il üçün fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunmuş şəxslərlə görüş keçirilib. TÜRKSOY kafedrasında keçirilən görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Magistratura və doktorantura şöbəsinin müdiri, professor İbrahim Bayramov  iştirak ediblər.

[gallery ID=186]

Rektor  Cəfər Cəfərov yeni qəbul olunmuş doktorant və dissertantları təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, ADPU-da yeniliklər, islahatlar, innovativ layihələr uğurla həyata keçirilir. Bu islahatlar bütövlükdə ölkəmizdə gedən yeniləşmə, müasirləşmə prosesinin tərkib hissəsidir. Təhsil xalqın, millətin gələcəyi üçün həlledici əhəmiyyət kəsb edən sahədir. Təhsil ölkəmizin milli təhlükəsizlik məsələsidir.Təhsil sahəsində insan resursları böyük rol oynayır. Ölkə rəhbərliyi bizim qarşımıza mühüm vəzifələr qoyub. Bu vəzifələrin uğurla həyata keçirilməsində doktorantların və dissertantların qəbulu xüsusi əhəmiyyət kəsb edir. ADPU-nun göstəriciləri sağlam və ədalətli rəqabət mühiti şəraitində ildən-ilə yaxşılaşır. Əsas hədəfimiz ADPU-nun regionun ən güclü universitetlərindən birinə çevrilməsidir. Siz daim öz üzərinizdə ciddi işləməli, əzmlə çalışmalı, Azərbaycanın ümumi inkişaf prosesinə öz töhfələrinizi verməlisiniz.  

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov çıxış edərək bildirib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul uğurla başa çatıb. Qəbulun nəticələri barədə məlumat verən professor A.Zamanov qeyd edib ki, Təhsil Nazirliyinin 30 noyabr 2018-ci il tarixli 03-11-1878/15 nömrəli məktubuna əsasən fəlsəfə doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya, elmlər doktoru proqramı üzrə dissertanturaya qəbulla bağlı “Azərbaycan”qəzetinin 4 dekabr 2018-ci il tarixli 273-cü nömrəsində elan dərc edilib, 25 dekabr 2018-ci il tarixə qədər sənəd qəbulu aparılıb. Planda nəzərdə tutulmuş ixtisaslar üzrə 46 nəfərin sənədi- fəlsəfə doktoru proqramı üzrə dokto­ran­turaya 33 sənəd, dissertanturaya 8 sənəd, elmlər doktoru proqramı üzrə dissertanturaya 5 sənəd qəbul edilib. Fəlsəfə doktoru proqramı üzrə dissertan­turaya sənəd təqdim etmiş 1 nəfər sənədlərini geri götürüb.

ADPU rektorunun 6 dekabr 2018-ci il tarixli 3/173 nömrəli əmrinə əsasən yaradılmış Sənəd Qəbulu Komissiyasının 28 dekabr 2018-ci il tarixli iclasının qərarına əsasən 45 nəfər qəbul imtahanlarına və müsahibələrə buraxılıb.  

Rektorun 24 dekabr 2018-ci il tarixli 3/178 nömrəli əmrinə əsasən yaradılmış müvafiq komissiyalar tərəfindən 7-24 yanvar 2019-cu il tarixlərdə imtahanlar və müsahibələr aparılıb. İmtahanların və müsahibələrin nəticələri əsasında 10 nəfər fəlsəfə doktoru proqramı üzrə dokto­ran­turaya, 5 nəfər fəlsəfə doktoru proqramı üzrə dissertanturaya, 1 nəfər elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olunub.

Professor A.Zamanov çıxışının  sonunda yeni qəbul olunmuş doktorant və dissertantların özlərini doğruldacaqlarına inamını ifadə edib və onlara uğurlar arzulayıb.

Doktorant  və dissertantlar çıxış edərək qəbul prosesinin düzgün, ədalətli və şəffaf keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

Sonda vəsiqələr verilib, xatirə şəkli çəkdirilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi