шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Əməkdar müəllim Zülfiyyə Vəliyeva 20 Yanvar faciəsinə həsr olunmuş tədbirdə iştirak etmişdir

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqları, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi. Faciə zamanı 137 nəfər öldürüldü, 744 nəfər ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi.Qətlə yetirilənlər arasında məktəblilər, ali məktəb tələbələri, alimlərimiz var.

Bu qanlı hadisədən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır. “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi"İctimai Birliyinin sədri Mehriban Abdullayevanın "20 Yanvar qürurumuzdur" adlı  keçirdiyi tədbirdə ADPU-nun İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin ploblemləri elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Əməkdar  müəllim Zülfiyyə  Vəliyeva  iştirak etmişdir. 20 Yanvar hadisələrinin şahidlərinin, şəhidlərin ailə üzvlərinin, Qarabağ müharibəsi veteranlarının, 20 Yanvar günü növbədə olan həkimlərimizin, ali məktəblərdə çalışan professorların, politoloqların, mətbuat işçilərinin, ictimai birliklərin rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə “Başın sağ olsun Vətən!” mövzusunda çıxış edən Zülfiyyə Vəliyeva bildirib ki,  xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. Z.Vəliyeva 20 Yanvar şəhidlərinə həsr etdiyi “Qara Yanvar” kitabını  tədbir iştirkçılarına təqdim etmişdir.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi