шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Əməkdar müəllim Zülfiyyə Vəliyeva xeyriyyə tədbirində iştirak edib

Azərbaycan Uşaqlar Birliyinin Uşaq Sığınacaq Evinde 25 uşaq  yaşayır. Təşkilata Kəmalə Ağazadə rəhbərlik edir. 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə  burada xeyriyyə tədbiri təşkil edilib. Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının üzvü Sevinc Vəlizadənin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən xeyriyyə tədbirində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Əməkdar müəllim  Zülfiyyə Vəliyeva,  “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai  Birliyinin sədri Mehriban Abdullayeva,  sahibkar  Nazilə Abdullayeva, Binəqədi rayonu, Azər Məmmədov adına 115 nömrəli tam  orta məktəbin  valideyn komitəsinin sədri Səbinə Heydərli, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Məshəti  Vəlizadə iştirak ediblər.  

Tədbirdə Zülfiyyə Vəliyeva çıxış edərək bildirib ki, uşaqlar Allahın insana bəxş etdiyi ən qiymətli varlıqdır. Onlar sevgi və qayğı ilə əhatə olunmalı, layiqli vətəndaş kimi yetişdirilməlidirlər.

Qeyd edək ki, tədbirdə uşaqlar üçün bayram süfrəsi açılıb, onlara hədiyyələr paylanılıb.Tədbir uşaqlarda xoş ovqat yaradıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi