шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Filologiya fakültəsində görüş

Yanvarın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin İngilis dili kafedrasının müəllimlərinin Azərbaycan Dillər Universitetinin (ADU)  Dil və Tərcümə Xidmətləri Mərkəzinin əməkdaşları ilə görüşü keçirilib. Görüşün keçirilməsində əsas məqsəd ingilis dili müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların yeni təlim metodları ilə işləmək bacarığının artırılmasıdır. Bu məqsədlə Filologiya fakültəsinin dekanlığı və İngilis dili kafedrasının təşəbbüsü ilə müəllimlərin beynəlxalq TKT (Teaching Knowledge Test) sertifikatına yiyələnmələri üçün təlimlər təşkil olunub.

Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova və İngilis dili kafedrasının müdiri, dosent Gülçöhrə Alıyeva  öz çıxışlarında ADPU-nun dünya ali təhsil məkanına inteqrasiya istiqamətində uğurlu addımlar atmasını qeyd ediblər və hazırda təhsilimizdə xarici dil biliklərinə verilən önəmin xarici dil müəllimlərindən yüksək bilik və bacarıq tələb etdiyini bildiriblər. Bu məqsədlə müəllimlərin TKT kimi beynəlxalq təlim kurslarına cəlb olunması vacibdir.  

Sonra ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzinin direktoru, dosent Fiyalə Abdullayeva və direktor müavini Elçin Hüseynov Mərkəzin fəaliyyət istiqamətlərindən danışarkən qeyd ediblər ki, Mərkəz British Council-la sıx əməkdaşlıq edir. Onlar vurğulayıblar ki, TKT təlim kursları artıq neçə illərdir ki, ADU-da keçirilir və təlimçilər BC-nin beynəlxalq dərəcəli təlimçiləridir. Ümid edirik ki, birgə əməkdaşlıq davamlı olacaq və müsbət nəticələr verəcək.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi