шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İctimai Şura ADPU-nun Quba Filialında imtahan sessiyasını müşahidə edib

Yanvarın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının  İctimai Şurasının üzvləri payız semestrinin imtahan sessiyasını müşahidə ediblər. ADPU-nun Quba  Filialında hazırda 6 ixtisas üzrə 784 nəfər tələbə imtahan sessiyasına buraxılmışdır.  Filialda  hər zaman olduğu kimi imtahan sessiyasının başlanması ilə əlaqədar daxili əmrlər verilmiş  və imtahan sessiyasının keçirilməsində Təhsil Nazirliyinin qüvvədə olan Əsasnamələri, təlimatları, əmr və göstərişləri nəzərə alınmışdır. Görülən işlərdən biri də imtahanlarda ictimai nəzarətin təmin olunması məqsədilə filialda İctimai Şuranın yaradılmasıdır.

İctimai Şuranın üzvləri ilə görüşdə filialın direktoru, professor Əli Allahverdiyev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi vəzifələrdən biri də ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılmasıdır. Təhsil naziri Ceyhun Bayramovun imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı müvafiq əmrdə imtahan sessiyasında şəffaflığın təmin olunması üçün imtahanlarda ictimayyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılması qeyd edilmişdir.  Bu məqsədlə filialda imtahan müddətində valideynlər üçün “Açıq qapı” elan edilir, bu da valideynlərdə  imtahanların gedişi barədə dolğun təsəvvür yaradılmasına xidmət edir.  Arzu edən valideynlər imtahanın gedişində imtahan otaqlarında  iştirak edirlər. Sonradan isə imtahan haqqında  öz fikirlərini filialın “Rəy və təkliflər” kitabına qeyd edirlər. Bundan əlavə, filialda  tədris və imtahan prosesində ictimai nəzarətin təmin olunmasına xüsusi önəm verilir. Bu məqsədlə təşkil olunan İctimai Şuranın üzvləri: Quba 5 saylı regional “Mətbuatyayımı” idarəsinin rəisi, şair Ramiz Həmzəyev (Qusarçaylı), Quba Rayon İcra Hakimiyyətinin (RİH)  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Taryel İbrahimov, “Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımov,  Quba Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Rüfət Hacıyev, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli tam orta məktəbin direktoru Eynulla Camalov,  Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzinin direktoru, İctimai Televiziyanın bölgə müxbiri Ramiz Ramazanlı, ARB Şimal Televiziyasının “Layihələr Departamenti”nin redaktoru Coşqun Beydullayev  auditoriyalarda keçirilən imtahan prosesini izləyib, gənclərimizin, savadlı kadr hazırlığının əmin əllərdə olmasının bir daha canlı şahidi olublar. Bu haqda öz fikir və təkliflərini, məmnunluqlarını filialın rəhbərliyinə bildiriblər.

İctimai Şuranın üzvləri tələbələrlə də söhbət aparıb, imtahanların gedişi haqqında onların fikirlərini öyrənib, bu zaman tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitdən məmnunluq duyduqlarının  şahidi olublar.

Ümumilikdə İctimai Şuranın üzvləri imtahan sessiyasının mütəşəkkil, obyektiv və şəffaf keçirilməsində filial rəhbərliyinin göstərişlərinə tam əməl olunmasını və filialda  görülən işləri yüksək qiymətləndiriblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi