шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

İctimai Şura ADPU-nun nəzdində ADPK-də imtahan sessiyasını müşahidə edib

Yanvarın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimai Şurasının üzvləri ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində (ADPK) imtahan sessiyasını müşahidə ediblər. Öncə ADPK-nin direktoru, dosent İsrayıl İsgəndərov çıxış edərək kollecin əsas fəaliyyət prinsiplərinin şəffaflıq, idarəetmənin optimallaşdırılması və tədrisin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması olduğunu, bu prinsiplərin tələb etdiyi əsas yanaşmalardan birinin isə vətəndaş cəmiyyəti institutları, təhsil ekspertləri və media ilə sıx əməkdaşlığın qurulmasının olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi vəzifələrdən biri də ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılmasıdır. Təhsil naziri Ceyhun Bayramovun imtahan sessiyasının təşkili və keçirilməsi barədə imzaladığı müvafiq əmrdə imtahan sessiyasında şəffaflığın təmin olunması üçün imtahanlarda ictimayyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılması qeyd edilmişdir. Bütün bunları nəzərə alaraq kollecdə tədris və imtahan prosesində ictimai nəzarətin təmin olunmasına xüsusi önəm verilir.

İctimai Şuranın sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Ümid Mirzəyev bildirib ki, İctimai Şuranın qarşısında duran əsas məqsəd imtahan sessiyasının şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. İctimai Şuranın üzvləri tədris prosesi ilə bağlı təkliflərlə çıxış ediblər.

Sonra imtahanlara nəzarət edən müəllim-koordinatorların bölgüsü ilə tanış olan İctimai Şuranın üzvləri kollecin monitorinq otağında olub, auditoriyalarda keçirilən imtahan prosesini izləyiblər. Qeyd edək ki, imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbələrin və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə İmtahan Qərargahı və Apelyasiya Komissiyası fəaliyyət göstərir. İmtahanın təşkilindən narazı qalan tələbələrin İmtahan Qərargahına, qiymətləndirmədən narazı qalan tələbələrin isə Apelyasiya Komissiyasına müraciət etmələri üçün lazımi şərait yaradılıb.

İctimai Şuranın üzvləri kollecdə görülən işləri yüksək qiymətləndirib, imtahanların şəffaf və obyektiv keçirilməsini təqdir edib, tələbələrə öz biliklərini nümayiş etdirmək üçün yaradılan şəraitdən məmnunluq ifadə ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi