шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin konsert proqramı

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin  “Musiqi müəllimliyi” ixtisasında təhsil alan tələbələri “N” hərbi hissəsində  31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş  konsert proqramı ilə  əsgərlərin qarşısında çıxış edibər.

Konsertdə  tələbələr azərbaycan bəstəkarların mahnılarını, xalq mahnılarını ifa ediblər. III tədris ilinin tələbələri Elşən Abbaszadə, Əhməd Almuradov, Aslan Muradoğlu  aşıq havaları ilə əsgərlərimizi sevindiriblər, tələbələrin ifası ilə əsgərlər rəqs ediblər.

Görüşdə  Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin professoru Minarə Dadaşova, dosenti, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, baş müəllimləri Adil Vəliyev, Zemfira Sultanova, müəllimi Gulya Bakıxanova  iştirak ediblər. Hərbi hissənin rəhbərliyi çıxış edərək universitet rəhbərliyinə dərin təşəkkürüni bildirib.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi