шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsində hesabat konserti keçirildi

Ənənəyə uyğun olaraq Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsində  dekabrın 28-də “Musiqi müəllimliyi” ixtisasında təhsil alan tələbələrin  31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni ilə həsr olunmuş hesabat konserti keçirildi. Konsertdə azərbaycan, rus və  Avropa  bəstəkarlarının   əsərləri  və xalq mahnıları səsləndirildi. Tamaşaçılar qarşısında I tədris ilinin tələbələri  Rafiq Bağbanov, Dilarə Mustafazadə, Sultanə Cəfərzadə, III tədris ili tələbələri Aynur Ağayeva, Könül Məmmədova, Səkinə Məhərrəmova,  İsa Adıgözəlov, Ləman Ağazadə, Gülsənəm Şahbazova, Nəsrin Əlizadə, Səlimə Muxtarova,  IV tədris ili tələbələri Simuzər Məmmədova, Etibar İsmayılov, Leyla Həbibzadə, Nərgiz Əliyeva , Leyla Həsənli,  Günay Hüseynzadə,   II tədris ilinin  maqistrantı Aygün Abbaszadə çıxış etdilər. 

Fakültənin dekanı, dosent Laçın Həsənova  çıxış edərək tələbələri və professor-müəllim heyətini təbrik etdi və müəllimlərin yüksək peşəkarlığını vurğuladı. 

Konsertdə professor Minarə Dadaşovanın,  dosentlər Aida Hüseynovanın, Nelli Abutidzenin, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin, baş müəllimlər İradə Əhmədovanın, Gülarə Aslanovanın, Lalə İsgəndərovanın, Adil Vəliyevin, Zemfira Sultanovanın, Xanım Yarıyevanın, Rəfiq Kərimovanın, müəllim Elnur Cəfərlinin tələbələri öz istedadlarını  nümayiş etdirdilər. 

Konsert Əməkdar incəsənət xadimi, dosent Nailə  Mirməmmədlinin və fakültə xorunun ifasında  “İnşallah” əsəri ilə sona çatdı.

  İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi