шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

SABAH qrupları tələbələrinin “Sağlam təhsil” siniflərinin pedaqoji təcrübəsinin başlanması ilə bağlı görüş keçirilib

Yanvarın 30-da SABAH qrupları tələbələrinin “Sağlam təhsil” siniflərinin pedaqoji təcrübənin başlanması ilə bağlı görüş keçirilib. Görüşdə ilk çıxışı Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qrupları üzrə rəhbəri Lalə Mürsəlbəyova edib. L.Mürsəlbəyova öz çıxışında SABAH qruplarının “Sağlam təhsil” siniflərinin pedaqoji təcrübəsi haqqında fikirlərini bölüşüb və bu təcrübənin tələbələr üçün əhəmiyyətindən bəhs edib. 

Sonra çıxış üçün söz SABAH qrupları İcra Komitəsinin Tələbələrlə iş üzrə meneceri İlduzə Qəhrəmanzadəyə verilib. İ.Qəhrəmanzadə pedaqoji təcrübədə iştirak edəcək tələbələri onlara təcrübədə rəhbərlik edəcək müəllimlər ilə tanış edib. Daha sonra təcrübə dövründə işləniləcək tədqiqat mövzuları tələbələrə paylanılıb.

Görüşdə növbəti çıxış “Sağlam təhsil-sağlam millət” layihəsinin rəhbəri  Vüsal Qasımova verilib. V.Qasımov hazırda 39 məktəbdə tətbiq olunan “Sağlam təhsil” siniflərinin əhəmiyyəti barədə söz açıb.

Sonda tələbələr tərəfindən verilən suallar müəllim və rəhbərlik tərəfindən cavablandırılıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi