шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-nun müəllim və tələbələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) ölkəmizdə fəaliyyət göstərən və dövlət qanunu ilə rolu müəyyən olunmuş ən böyük humanitar təşkilatdır. AQAC dünyanın ən nəhəng humanitar qurumu olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ayrılmaz üzvüdür. AQAC 1920-ci il mart ayının 10-da təsis edilmişdir. AQAC Azərbaycan Xalq Cümhuriyyətinin  varislərindən sayılır. Bu cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri əvəzi, məşhur  tarixi şəxsiyyət general-leytenant Əliağa Şıxlinski olmuşdur.

          AQAC-ın yaranmasının 99-cu ildönümü ilə əlaqədar martın 11-də Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət edilib. Ziyarətdə AQAC-ın sədri, Milli Məclisin deputatı  Novruz Aslan, Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə və digər şəxslər iştirak ediblər. Həmçinin ziyarətdə AQAC-ın ADPU Bölməsinin sədri, dosent Ədilə Mahmudova və Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, AQAC-ın Filologiya fakültəsi üzrə sədri İradə Kərimova, eləcə də Filologiya və Kimya və biologiya fakültələrinin tələbələri iştirak ediblər.

Fəxri xiyabanı ziyarət zamanı müəllim və tələbələr ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları üzərinə gül çələngi və qərənfil qoyublar.

Fəxri xiyabanın ziyarət edilməsindən sonra isə AQAC-ın ADPU Bölməsinin sədri, dosent Ədilə Mahmudova, Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının baş müəllimi İradə Kərimova və 301-ci qrup tələbələri Şəhidlər xiyabanını ziyarət ediblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi