шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

UNİVERSİTET

Elanlar

I Beynəlxalq Cümhuriyyət Konqresi

I Beynəlxalq Cümhuriyyət Konqresi

Beynəlxalq əlaqələr şöbəsi

I Beynəlxalq Cümhuriyyət Konqresi

 İştirak etmək istəyənlərin nəzərinə!

19-21 aprel 2019-cu il tarixlərdə Türkiyənin Sivas şəhərində I Beynəlxalq Cümhuriyyət Konqresi  keçiriləcəkdir. Konqresin əsas mövzuları:

  • Sosial elmlər
  • Tibb elmləri
  • Arxeologiya
  • Texniki elmlər
  • Riyaziyyat
  • Mühəndislik
  • Təsviri incəsənət
  • İdman
  • Təhsil elmləri
  • Kənd təsərrüfatı
  • Baytarlıq

Konqresə təqdim olunacaq məqalələr türk, rus, ingilis, qazax, ərəb və fars dillərində yazıla bilər.

Tədbirin keçiriləcəyi məkan, iştirak haqqı, məqalələrin yazılma qaydası və konqres haqqında digər mühüm məlumatları https://www.cumhuriyetkongresi.org/ veb-saytından əldə etmək mümkündür.

V Beynəlxalq Mədəniyyət Konqresi

V Beynəlxalq Mədəniyyət Konqresi

Beynəlxalq əlaqələr şöbəsi

V Beynəlxalq Mədəniyyət Konqresi

 Elmi işçilərin və tədqiqatçıların nəzərinə!

12-14 aprel 2019-cu il tarixlərdə Türkiyənin Antakya şəhərində V Beynəlxalq Mədəniyyət Konqresi keçiriləcəkdir. Konqresin əsas mövzuları:

  • Ədəbiyyat
  • İqtisadiyyat
  • İdarəçilik
  • Sosiologiya
  • Tarix
  • Arxeologiya
  • Antropologiya
  • İlahiyyat
  • Fəlsəfə
  • Maliyyə
  • Hüquq
  • Təhsil elmləri
  • Siyasət elmləri
  • Beynəlxalq münasibətlər

Konqresə təqdim olunacaq məqalələr 20 mart 2019-cu il tarixdir.

Tədbirin keçiriləcəyi məkan, iştirak haqqı, məqalələrin yazılma qaydası və konqres haqqında digər mühüm məlumatları https://www.europenjournal.com/  veb-saytından əldə etmək mümkündür.

Mövlanə Mübadilə proqramı

Mövlanə Mübadilə proqramı

Məlumat üçün bildiririk ki, 24 fevral 2017-ci il tarixdə Azərbayacan Dövlət Pedaqoji Universiteti ilə Türkiyə Respublikasının Bülent Ecevit Universiteti arasında Mövlanə Mübadilə Proqramı çərçivəsində müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən Bülent Ecevit Universiteti 2019/2020-ci tədris ili üçün müəllim və tələbə mübadiləsini həyata keçirmək məqsədilə sənəd qəbulu elan edir. Müraciət yalnız Filologiya, Riyaziyyat və İnformatika, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, İbtidai təhsil fakültələri üzrə aparılır. Onu da qeyd edək ki, müraciət edənlərdən yalnız 2 nəfər seçiləcəkdir və bakalavr səviyyəsi üzrə orta balı yalnız 2,50 / 4,00 olan tələbələrin iştirakı mümkündür.Məlumat üçün bildiririk ki, 24 fevral 2017-ci il tarixdə Azərbayacan Dövlət Pedaqoji Universiteti ilə Türkiyə Respublikasının Bülent Ecevit Universiteti arasında Mövlanə Mübadilə Proqramı çərçivəsində müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən Bülent Ecevit Universiteti 2019/2020-ci tədris ili üçün müəllim və tələbə mübadiləsini həyata keçirmək məqsədilə sənəd qəbulu elan edir. Müraciət yalnız Filologiya, Riyaziyyat və İnformatika, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, İbtidai təhsil fakültələri üzrə aparılır. Onu da qeyd edək ki, müraciət edənlərdən yalnız 2 nəfər seçiləcəkdir və bakalavr səviyyəsi üzrə orta balı yalnız 2,50 / 4,00 olan tələbələrin iştirakı mümkündür.Proqramda iştirak etmək istəyən namizədlər ətraflı məlumatı və tələb olunan sənədləri http://mevlana.beun.edu.tr/ogrenci.html keçidindən əldə edə bilərlər. Professor-müəllim heyəti:Öyretim elemanı bilgi formu;Öyretim elemanı hareketlilik proqramı;
Tələbələr: Aday Öyrenci başvuru formu Öyrenci başvuru formu Öyrenci bilgi formuSənədlər elektron formada doldurulduqdan sonra 20 fevral 2018-ci il tarixinə qədər ADPU-nun Tədqiqat və inkişaf şöbəsinə (Məsul şəxs: Gülnar Dəmirova, e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., tel: 012 598 48 13, əsas bina, otaq: 218) təqdim edilməlidir.

Beynəlxalq Sosial Siyasətlər və Elmi Araşdırmalar Konqresi

Beynəlxalq Sosial Siyasətlər və Elmi Araşdırmalar Konqresi

Beynəlxalq əlaqələr şöbəsi

İştirak etmək istəyənlərin  nəzərinə!

1 may 2019-cu il tarixlərdə Türkiyənin Ankara şəhərində şəhərində Beynəlxalq Sosial Siyasətlər və Elmi Araşdırmalar Konqresi keçiriləcəkdir. Konqresin əsas mövzuları:

  • Sosial elmlər
  • Texniki fənlər (fizika, kimya, biologiya)
  • Mühəndislik
  • İdman
  • Tibb elmləri

Konqresə təqdim olunacaq məqalələr 10 aprel 2019-cu il tarixədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir.

Tədbirin keçiriləcəyi məkan, iştirak haqqı, məqalələrin yazılma qaydası və konqres haqqında digər mühüm məlumatları  https://www.ankarakongresi.org/ veb saytından əldə etmək mümkündür.

I Beynəlxalq Balkan Elmi Araşdırmalar Konqresi

I Beynəlxalq Balkan Elmi Araşdırmalar Konqresi

Beynəlxalq əlaqələr şöbəsi

İştirak etmək istəyənlərin  nəzərinə!

5-7 aprel 2019-cu il tarixlərdə Türkiyənin Edirne şəhərində şəhərində I Beynəlxalq Balkan Elmi Araşdırmalar Konqresi  keçiriləcəkdir. Konqresin əsas mövzuları:

  • Sosial elmlər
  • Texniki fənlər (fizika, kimya, biologiya)
  • Tibb elmləri
  • Riyaziyyat
  • Mühəndislik
  • İdman
  • Təsviri incəsənət
  • Təhsil

Konqresə təqdim olunacaq məqalələr 18 mart 2019-cu il tarixədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir.

Tədbirin keçiriləcəyi məkan, iştirak haqqı, məqalələrin yazılma qaydası və konqres haqqında digər mühüm məlumatları  https://www.avrupakongresi.org/ veb saytından əldə etmək mümkündür.

X Beynəlxalq Çindən Adriatikə Sosial Elmlər Konqresi

X Beynəlxalq Çindən Adriatikə Sosial Elmlər Konqresi

Beynəlxalq əlaqələr şöbəsi

X Beynəlxalq Çindən Adriatikə Sosial Elmlər Konqresi

 Elmi işçilərin və tədqiqatçıların nəzərinə!

14-16 iyun 2019-cu il tarixlərdə İtaliyanın Roma şəhərində X Beynəlxalq Çindən Adriatikə Sosial Elmlər Konqresi keçiriləcəkdir. Konqresin əsas mövzuları:

  • Sosial və bəşəri elmlər
  • Texniki fənlər (fizika, kimya, biologiya)
  • Tibb elmləri
  • Baytarlıq
  • Kənd təsərrüfatı
  • Riyaziyyat
  • Mühəndislik
  • İdman
  • Təsviri incəsənət

Konqresə təqdim olunacaq məqalələr 10 may 2019-cu il tarixədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir.

Tədbirin keçiriləcəyi məkan, iştirak haqqı, məqalələrin yazılma qaydası və konqres haqqında digər mühüm məlumatları https://www.eucongress.org/?lang=tr keçidindən əldə etmək mümkündür.

V Beynəlxalq Təhsil və Sosial Elmlər Konqresi

V Beynəlxalq Təhsil və Sosial Elmlər Konqresi

İştirak etmək istəyənlərin nəzərinə!

27-29 iyun 2019-cu il tarixlərdə Yıldız Teknik Universiteti tərəfindən V Beynəlxalq Təhsil və Sosial Elmlər Konqresi keçiriləcəkdir. Builki konqresin əsas mövzusu “XXI əsrin bacarıqları”na həsr olunub. 

Konqres üçün məqalələrin son göndərilmə tarixi 10 may 2019-cu il, iştirak haqqını ödəmək üçün son tarix 20 may 2019-cu il müəyyənləşdirilib.

Konqresin keçiriləcəyi məkan, iştirak haqqı, məqalələrin yazılma qaydası və konqres haqqında digər mühüm məlumatları www.turkcess.net veb saytından əldə etmək mümkündür.

ELAN Alanya Alaaddin Keykubat Universiteti

ELAN Alanya Alaaddin Keykubat Universiteti

Elan

 Məlumat üçün bildiririk ki, 02.01.2017-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Türkiyə Respublikasının Alanya Alaaddin Keykubat Universiteti arasında Mövlanə Mübadilə Proqramı çərçivəsində müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən Alanya Alaaddin Keykubat Universiteti 2019-2020-ci tədris ili üçün müəllim və tələbə mübadiləsini həyata keçirmək məqsədilə sənəd qəbulu elan edir. Müraciət yalnız Riyaziyyat və informatika, Fizika və texnologiya, Kimya və biologiya, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültələri üzrə aparılır. Onu da qeyd edək ki, müraciət edənlərdən yalnız 2 nəfər seçiləcəkdir və mübadilədə bakalavr səviyyəsi üzrə orta balı yalnız 2,5 \ 4,00 olan tələbələrin iştirakı mümkündür.

Mübadilədə iştirak etmək istəyən namizədlər ətraflı məlumat və tələb olunan sənədlər üçün Tədqiqat və inkişaf şöbəsinə müraciət etməlidirlər. (Məsul şəxs: Gülnar Dəmirova, e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır., tel: 012 598 48 13, əsas bina, otaq: 218)

Qeyd edək ki, tələb olunan sənədlər 25 fevral 2019-cu il tarixinə qədər Tədqiqat və inkişaf şöbəsinə təqdim edilməlidir.

III Beynəlxalq sosioloji və iqtisadi konqresi

III Beynəlxalq sosioloji və iqtisadi konqresi

Elmi işçilərin və tədqiqatçıların nəzərinə!

19-21 aprel 2019-cu il tarixlərdə Türkiyənin Malatya şəhərində III Beynəlxalq sosioloji və iqtisadi konqresi keçiriləcəkdir. Konqresin əsas müzakirə mövzuları Sosiologiya və İqtisadiyyat sahələrinə aid olan bütün istiqamətləri əhatə edir.

Konqresə təqdim olunacaq məqalələr üçün nəzərdə tutulmuş dillər türk (bütün ləhcələrdə), ingilis, çin və rus dilləridir. Qeyd edək ki, tezislər 28 mart 2019-cu il tarixədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir. Konqresə qeydiyyat və ödəniş üçün müəyyən olunmuş son tarix 2 aprel 2019-cu ildir. 

Qeyd: Tezislərdə ingilis dilində xülasəyə ehtiyac yoxdur.

Tədbirin keçiriləcəyi məkan, iştirak haqqı, məqalələrin yazılma qaydası və konqres haqqında digər mühüm məlumatları https://www.usekongresi.org/  veb saytından əldə etmək mümkündür.

V Beynəlxalq Riyaziyyat-Mühəndislik-Texniki Elmlər və tibb elmləri konqresi (MAS)

V Beynəlxalq Riyaziyyat-Mühəndislik-Texniki Elmlər və tibb elmləri konqresi (MAS)

2-5 may  2019-cu il tarixlərdə Türkiyənin Erzurum şəhərində V Beynəlxalq Riyaziyyat-Mühəndislik-Texniki Elmlər və tibb elmləri konqresi (MAS)  keçiriləcəkdir. Konqresin əsas mövzuları aşağıdakılardır:

  • Texniki fənlər (fizika, kimya, biologiya)
  • Riyaziyyat
  • Mühəndislik
  • Tibb elmləri
  • Baytarlıq
  • Kənd təsərrüfatı

Konqresə təqdim olunacaq məqalələr üçün nəzərdə tutulmuş dillər türk, ingilis və rus dilləridir. Qeyd edək ki, tezislər 5 aprel 2019-cu il tarixədək Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərilməlidir. Konqresə qeydiyyat və ödəniş üçün müəyyən olunmuş son tarix 10-15 aprel 2019-cu ildir. 

 Qeyd: Tam məqalələr 1 may 2019-cu il tarixədək göndərilə bilər. Konqresdə iştirak üçün tam məqalələrin göndərilməsi vacib şərt deyil.

Tədbirin keçiriləcəyi məkan, iştirak haqqı, məqalələrin yazılma qaydası və konqres haqqında digər mühüm məlumatları https://www.masjournal.co.uk/5-kongre-erzurum-2019 keçidindən əldə etmək mümkündür.

Fevralın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya, Fizika və texnologiya, Kimya və biologiya, Riyaziyyat və informatika, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, Tarix və coğrafiya, İbtidai təhsil, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fakültələrində  və  SABAH qruplarında  2018-2019-cu tədris ilinin yaz semestrində əyani və qiyabi təhsilalma forması üzrə keçiriləcək pedaqoji təcrübəyə həsr olunmuş konfranslar keçirilib. Konfranslarda fakültə  dekanları, kafedra müdirləri, Təcrübə rəhbəri Qəmər Qəribova, Təcrübə Komissiyanın üzvləri, pedaqoji təcrübə rəhbərləri, təcrübə keçəcək tələbələr iştirak ediblər. Filologiya fakültəsində keçirilən konfransda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov iştirak ediblər.

Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, Fizika və texnologiya fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov, Kimya və biologiya fakültəsinin Ümumi kimya və kimyanın tədrisi metodikası  kafedrasının müdiri Reyhan Ağayeva, Riyaziyyat və informatika fakültəsinin dekan müavini, dosent Allahverdi Cəfərov, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fakültəlsinin dekanı, dosent Laçın Həsənova  və SABAH qruplarının koordinator rəhbəri Lalə Mürsəlbəyova çıxış edərək pedaqoji təcrübə haqqında tələbələrə ətraflı məlumat verərək təcrübə müddətində universiteti layiqincə təmsil etməyi tövsiyə ediblər və onlara uğurlar arzulayıblar. Qeyd edək ki, Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfransda Bakı Avropa Liseyinin direktoru, beynəlxalq təhsil eksperti, psixologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Veyisova iştirak edib.

Konfranslarda qeyd edilib ki, pedaqoji təcrübə tələbələrin həyatında mühüm və məsuliyyətli mərhələdir. Pedaqoji təcrübə tələbələrin müəllimliyə doğru atdıqları vacib addımdır. Pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasında əhəmiyyətli rol oynayır. 

Məlumat üçün bildirək ki, bu il ADPU-nun 3822 nəfər tələbəsi pedaqoji təcrübə keçəcək. Onlardan 2463 nəfər ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbələrdir. Ali təhsilin magistratura səviyyəsində 397 nəfər elmi-pedaqoji təcrübə keçəcək.  ADPU-nun  filiallarının 799 nəfər tələbəsi, Davamlı təhsil və təlim şöbəsinin 163 nəfər tələbəsi pedaqoji təcrübə keçəcək. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri pedaqoji təcrübənin ikinci mərhələsinə başlayırlar. Belə ki, ADPK-də pedaqoji təcrübə 20 həftə müddətində, iki mərhələdə keçirilir, birinci hissəsi keçirilib. Pedaqoji təcrübənin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti və bəzi özəl müəssisələrlə razılıq əldə edilib. Universitetin tələbələri Təhsil Nazirliyinin 7 tam orta məktəbində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 müəssisəsində, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 79 tam orta məktəbində, Bakı Şəhər İcra Hakimiyyətinin 10 uşaq bağçasında və 2 özəl müəssisədə  təcrübə keçəcəklər. Təcrübə 14 həftə (70 gün) davam edəcək.

Konfranslarda təcrübə keçəcək tələbələri maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Namiq Əliyev | 

Tarix üzrə fəlsəfə doktoru

Bütün dövrlərdə, həm daxildən, həm də xaricdən xalqımızın milli qəhrəmanlarına, tarixi şəxsiyyətlərinə hücumlar olub. Orta əsrlərin ərəb mənbələrinə diqqət yetirsək , onlarda nəinki Babəkin özü haqqında, həmçinin valideyinləri haqqında da xoşagəlməz fikirlərə rast gələrik. Eləcə də bəzi tarixi mənbələrdə nəhəng imperiya qurmuş Şah İsmayıla, parçalanmış əraziləri birləşdirməyə çalışan Ağa Məhəmməd şah Qacara fərqli münasibətin şahidi oluruq. Sovet dövründə sözügedən məsələyə münasibət başqa çalar aldı, belə ki, hər sahədə olduğu kimi, tarixə və onun yaradıcılarına münasibət ideoloji prinsiplərə əsaslanırdı. Son dövrlərdə isə milli qəhrəmanlar və tarixi şəxsiyyətlərə edilən hücumlar davamlı və daha intensiv hal alıb və xarakteri dəyişib. Sosial şəbəkələrdə Babəkə, Şah İsmayıla, Nəriman Nərimanova, Heydər Əliyevə, Mübariz İbrahimova ardıcıl hücumların şahidi oluruq. Bu, təsadüfi deyil, çünki sosial şəbəkələr informasiya müharibəsinin əsas meydançasına çevrilib. Əgər əvvəlki dövrlərdəki hücumlar qarşı tərəflərin maraqlarına uyğunluq dərəcəsi ilə bağlı idisə, hazırkı hücumlar informasiya savaşının tərkib hissəsinə çevrilib.
Bəs səbəb nədir ki, xalqına 2 milyon kvadrat kilometr torpaq miras qoyub getmiş Şah İsmayıl, SSRİ kimi nəhəng imperiyanın rəhbərlərindən biri, faktiki olaraq 1993-cü ildə Azərbaycanı parçalanmadan xilas etmiş Heydər Əliyev sosial şəbəkələrdə hücuma məruz qalır? İnformasiya müharibəsinin nəzəriyyəçilərinə görə, xalqların tarixində mühüm rol oynamış tarixi və siyasi xadimlərə qarşı mübarizə “soyuq savaş”ın ən effektiv mübarizə üsullarından biridir. Yaxşı məlumdur ki, şəxsiyyətlər tarixi bilavasitə yaradanlardır, əgər onları tarixin içərisindən çəkib çıxartsaq, o zaman tarixdə boşluqlar yaranacaq. İnformasiya savaşı aparan xarici tərəfin də məqsədi odur ki, qarşıdakı obyekt dövlətin tarixinin içərisi boşaldılsın. Belə situasiyada, onlar özlərinə sərf edən qəhrəman və şəxsiyyətləri çox rahatlıqla tarixi dəyişdirilmiş yeni nəslə pərçim edəcəklər. Şəxsiyyətləri gözdən salmaq cəhdləri ilə hədəf xalqlara aşılamağa çalışırlar ki, siz idarəedici xalqlar ola bilməzsiniz. Təbii ki, hansısa başqa xalqın xadimini özünə ideal seçmiş bir gənc çox asanlıqla informasiya savaşı aparanların tələsinə düşür. Müharibə şəraitində yaşayan, torpaqlarının bir qismi işğal olunmuş xalqın tarixi şəxsiyyətlərinin, məilli qəhrəmanlarının əleyhinə təbliğatın gücləndirilməsi olduqca mənfi nəticələrə gətirib çıxara bilər. Ən dəhşətlisi də odur ki, bu təbliğatı xaricilər, elə xaricdə məskunlaşan soydaşlarımızın vasitəsilə aparırlar. Bunu informasiya savaşının qanunları tələb edir. Hansısa xaricinin bizim şəxsiyyətlər və qəhrəmanlar haqda mənfi fikirlərini cəmiyyətə rahat şəkildə qəbul etdirmək çətindir. Ona görə də savaşı aparmaq üçün yerli xalqın nümayəndələri ələ alınır və siyasi mübarizə ilə pərdələnmiş antişəxsiyyət hücumları təşkil olunur. Belə şəraitdə Azərbaycan cəmiyyəti, xüsusilə, gənclər ayıq olmalı, tarixi şəxsiyyətlərinə və milli qəhrəmanlarına sahib çıxmağı bacarmalıdırlar

Azərbaycan Respublikası Prezidentinin “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar olaraq 14 fevral 2019-cu il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) professor-müəllim heyəti üçün “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması texnologiyaları” mövzusunda “Clarivate Analytics” Şirkətinin Rusiya bölməsinin elmi informasiya resursları üzrə eksperti, filologiya üzrə fəlsəfə doktoru Valeriya Kurmakayevanın iştirakı ilə seminar keçirilib.

Seminarı giriş sözü ilə ADPU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev açaraq məruzəçi ekspert Valeriya Kurmakayevanı ADPU-nun rektoru, professor Cəfər Cəfərovun və tədbir iştirakçılarının adından salamlayaraq, şirkətlə universitet arasında yaradılan əməkdaşlığın əhəmiyyətindən danışaraq, bu əlaqələrdən məmnunluğunu ifadə edib. O bildirib ki, təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində artıq Pedaqoji Universitetdə keyfiyyətli tədrislə yanaşı, mükəmməl elmi-tədqiqat işləri də aparılır. ADPU-nun hədəflərindən biri də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2017-ci il tarixli 610 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinə “Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər”ə cavab verən universitet modelinə keçidə nail olmaqdır.

Bunun üçün doktorantura səviyyəsində kadr hazırlığı aparılan zaman əsas diqqətin “Web of Science”, “SCOPUS” kimi beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda məqalələrin çap olunmasına şərait yaradılması vacib amil olaraq önə çəkilib. Buna görə də son üç ildə ADPU alimlərinin impakt-faktor göstəricili jurnallarda çap olunan məqalələrinin sayı 4,5 dəfə artıb. Həmçinin Y.Alıyev qeyd edib ki, ADPU-da professor-müəllim heyəti, kafedralar və fakültələr arasında “Reytinq qiymətləndirilməsi”nin tətbiq edilməsi ilə yaranmış rəqabət mühiti sayəsində əsaslı müsbət dönüş yaranıb. Artıq əməkdaşlarımız arasında “Thomson Reuters” Agentliyinin siyahısına düşən beynəlxalq elmi jurnallarda məqalələr çap etdirməyə daha böyük tələbat yarandığından “Clarivate Analitics” Şirkətinin imkanlarından istifadə etməyi ən doğru seçim kimi önə çəkmişik. Pedaqoji Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanovun təşəbbüsü ilə “Clarivate Analytics” Şirkətinin Azərbaycan üzrə nümayəndəliyi ilə mütamadi olaraq görüşlər təşkil olunur. “Elm günü” ilə bağlı həyata keçirilən tədbirlərdən biri də professor-müəllim heyətinə, magistr və doktorantlara “Web of Science” platformasına daxil olaraq yüksək indeksli beynəlxalq jurnallarda məqalələrə qoyulan tələblər, seçim meyarları və digər praktiki məsələlərlə bağlı məlumatlar vermək üçün “Clarivate Analytics” Şirkətinin eksperti Valeriya Kurmakayevanın seminarının təşkil edilməsidir. Əminik ki, bu seminardan sonra universitetimizin professor-müəllim heyəti, doktorantları elmi-tədqiqat işlərinin nəticələrini asanlıqla daha nüfuzlu elmi jurnallarda çap etdirəcəklər.

Sonra “Clarivate Analytics” Şirkətinin eksperti Valeriya Kurmakayeva universitetin professor-müəllim heyəti üçün “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması texnologiyaları” mövzusunda seminara başlayıb. O, seminar iştirakçılarına “Web of Science” platformasına daxil olmaq, platformada axtarışın səmərəli aparılması, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, seçim meyarları və digər praktiki məsələlərlə bağlı məlumatlar verərək bildirib ki, bu gün alimlər, mütəxəssislər apardıqları tədqiqat işlərinin nəticələrinə uyğun olaraq yazdıqları məqalələrin çap etdirilməsi zamanı işbazların toruna düşürlər. Nəticədə uzun müddət əziyyət çəkirlər, yazdıqları tədqiqat işləri mötəbərliyini itirir, həmçinin də müəlliflər böyük miqdarda maliyyə itkiləri ilə üzləşirlər.

V. Kurmakayeva fırıldaqçıların və işbazların toruna düşməmək üçün əsas diqqət yetiriləcək bir çox məqamlara toxunub. Həmçinin ekspert nüfuzlu elmi jurnallara məqalə yazılan zaman diqqət ediləcək bir çox parametrlərə diqqət edilməsinə dair izahatlar verib.

Seminarın sonunda ekspert universitetin professor-müəllim heyətinin mövzu ilə bağlı suallarını cavablandırıb.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında  fevralın  18-də filialın rəhbərliyi, kafedra müdirləri, dekanlar, təcrübəyə təhkim olunmuş metodist, pedaqoq, psixoloqların və IV, V tədris ili tələbələrinin iştirakı ilə 2018-2019-cu tədris ilində keçiriləcək təcrübələrlə bağlı başlanğıc konfrans keçirilib.

Konfransda tələbələrə təcrübə dövründə görəcəkləri işlər barədə təlimat verilib, onlara hüquq və vəzifələri izah edilib.

Tələbələrin təcrübə keçəcəkləri müəssisələr Şəki şəhər 8,9,10,14,18 nömrəli tam orta məktəblər, Fizika-riyaziyyat və humanitar təmayüllü lisey, Kiş kənd 4 nömrəli orta məktəb, Psixoloji mərkəz, 16,17, 28 nömrəli uşaq bağçaları haqqında məlumat verilib. Konfransdan sonra tələbələr təcrübə rəhbərləri ilə birlikdə təhkim olunduqları məktəblərə, məktəbəqədər təhsil müəssisələrinə göndəriliblər.

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsində  tanınmış metodist-alim, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Seyidağa Sail oğlu Həmidovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə foyedə Seyidağa müəllimə həsr olunan  sərgi ilə tanış olublar.

Tədbir iştirakçılarını salamlayan fakültənin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov  bir əsrlik ənənəsi olan ADPU-da son illərdəki keyfiyyət dəyişikliyindən, rektor, professor Cəfər Cəfərovun rəhbərliyi ilə həyata keçirilən islahatlardan danışıb. Sonra “Professor Seyidağa Həmidovun həyatı və elmi-metodiki yaradıcılığı” mövzusunda məruzə edib, müəllimi ilə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, ADPU burada pedaqoji və elmi-pedaqoji fəaliyyət göstərən ziyalılarımızın zəkası, nuru, işığı ilə müqəddəs məbədə çevrilib. Ömrünü millətin təhsili, maarifi və maarifçiliyi yolunda şam tək əridən belə müdrik insanlardan biri də dəyərli əməlləri, xeyirxahlığı, səmimiliyi, nəcib insani keyfiyyətləri ilə 18 yanvar 2018-ci ildə insanların yaddaşına köçən, xatirələrə çevrilən pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim Seyidağa Həmidovdur. O, 1938-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1960-cı ildə ADPU-nun Fizika-riyaziyyat fakültəsini bitirib. Bir müddət Bakının Qaradağ rayonunda müəllim işləyib. 1966-cı ildə müsabiqə yolu ilə ADPU-nun Elementar riyaziyyat və onun tədrisi metodikası kafedrasında müəllim vəzifəsini tutub. 1972-ci ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib. Pedaqogika üzrə  elmlər doktoru elmi dərəcəsinə, professor elmi adına layiq görülüb. 1994-2018-ci illərdə Riyaziyyat və onun ibtidai kursunun tədrisi metodikası kafedrasının müdiri olub. Onun rəhbərliyi ilə 13 nəfər gənc namizədlik dissertasiyası müdafiə edib. O, Pedaqoji fakültənin həmkarlar təşkilatının sədri, ilk partiya təşkilatının katibi, universitet Elmi Şurasının elmi katibi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının elmi katibi vəzifəsində çalışıb. 1973-2018-ci illərdə ADPU-da fəaliyyət göstərən Müdafiə Şurasının üzvü olub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Onlarla dərslik və dərs vəsaitinin, elmi-metodik tövsiyənin və məqalələrin müəllifidir.

Tədbirdə çıxış edən ADPU-nun Ağsaqqallar Şurasının sədri, professor Malik Cəbrayılov, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva, Ümumi psixologiya kafedrasının müdiri, professor Ramiz Əliyev, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, professor Müseyib İlyasov, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq fakültəsinin dekanı, dosent Laçın Həsənova, Riyaziyyat və onun ibtidai kursunun tədris metodikası kafedrasının dosentləri Zahir Kazımov, Qulaməli Balaşov, İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti Şahrza Ağayev 80 il mənalı, şərəfli, ləyaqətli müəllim və alim ömrü yaşayan Seyidağa müəllimlə bağlı xatirələrini bölüşüb, onu tanınmış metodist-alim, bacarıqlı kafedra müdiri, dostluqda sədaqətli, sözündə bütöv, yüksək əxlaq və fəzilət sahibi kimi səciyyələndiriblər. Seyidağa müəllimin tələbəsi Tükəzban Cahangirova müəlliminə həsr etdiyi şeirini oxuyub.

Tədbirdə İbtidai təhsil fakültəsinin əməkdaşları, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmər doktoru Şəhla Əliyeva, Korreksiyaedici təlim kafedrasının müdiri, dosent Nailə Hüseynova, Musiqi fənləri və onun tədrisi metodikası kafedrasının müdiri, professor Zenfira Abdullayeva və nəvəsi, İqtisad Universitetinin II tədris ili tələbəsi Hikmət iştirak ediblər. 

Tədbirin sonunda  ailə adından oğlu, Hesablama riyaziyyatı və informatika kafedrasının dosenti Səid Həmidov çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına,  iştirakçılarına  və ADPU-nun rəhbərliyinə öz təşəkkürünü bildirib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi