шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

UNİVERSİTET
Taras Şevçenko II Beynəlxalq Sosial Elmlər Konqresi

Taras Şevçenko II Beynəlxalq Sosial Elmlər Konqresi

 

1-3 fevral 2019-cu il tarixlərdə Türkiyənin Ankara şəhərində

 Taras Şevçenko II Beynəlxalq Sosial Elmlər Konqresi

keçiriləcəkdir

Birincisi Ukraynada keçirilmiş konqresin builki mövzusu bütün sosial elmləri əhatə etdiyi kimi sağlamlıq elmlərini də əhatə edir. 

Konqresdə iştirak etmək istəyən nümayəndələrdən öz sahələrinə aid mövzularını 1 fevral 2019-cu il tarixinə qədər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına göndərmələri tələb olunur.

Konqres haqqında ətraflı məlumatları https://www.iksadkiev.org veb saytından əldə etmək mümkündür. Konqresdə iştirak haqqı 425 türk lirəsidir. İştirak etmək istəyən nümayəndələrdən  5 yanvar 2019-cu il tarixədək ödəniş etmələri və ödəniş haqqında qəbzi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvana göndərmələri  tələb olunur.

Beynəlxalq əlaqələr şöbəsi

ELAN

ELAN

20-23 dekabr 2018-ci il tarixlərində BƏƏ-nin Dubay şəhərində İncəsənət, Elm və Texnologiya Akademiyası tərəfindən təşkil olunacaq "İdarəetmə,Mühəndislik, Elm və Humanitar sahələrdə Trend və İnnovasiya (ICTIMESH-2018)” beynəlxalq konfransı keçiriləcəkdir.

Konfransın məqsədi:

Tədqiqatçıların, biznes nümayəndələrinin, elmi işçilərin və iştirakçıların innovativ ideyalarını və təcrübələrini toplamaq və bölüşmək.

Konfransın mövzuları:

  • Mühəndislik və Texnologiya
  • Fiziki və həyat elmləri
  • Biznes və İqtisadiyyat
  • Sosial və humanitar elmlər
  • Təhsil və Sağlamlıq Elmləri

Tezisin son göndərilmə tarixi - 31 oktyabr2018-ci il;

Tam mətnin göndərilmə tarixi - 13 noyabr 2018-ci il;

İştirakçılar üçün qeydiyyat tarixi  - 15 noyabr 2018-ci il

Ətraflı məlumatı   http://www.aastconference.org saytından əldə etmək olar.

 

 

Beynəlxalq əlaqələr şöbəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetində Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransı keçiriləcəkdir

Azərbaycan Dövlət Pedaqoji Universitetində Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransı keçiriləcəkdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli 2867 nömrəli Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar Doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının keçirilməsi barədə Təhsil Nazirliyinin 8 iyun 2018-ci il tarixli əmri ali təhsil müəssisələrinə göndərilmişdir. Əmrin 1-ci bəndində konfransın 2018-ci il 22-23 noyabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilməsi və konfransın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilməsi qeyd olunmuşdur. Konfransın ADPU-da yüksək səviyyədə keçirilməsi məqsədilə rektor, professor Cəfər Cəfərovun müvafiq əmri ilə Lokal Təşkilat Komitəsi yaradılmışdır.

Konfrans haqqında məlumatı diqqətinizə təqdim edirik:

Konfransın istiqamətləri

- Təbiət elmləri (riyaziyyat, fizika, kimya, biologiya, tibb, ekologiya, yer haqqında elmlər);

- Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, nəqliyyat);

- Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);

Məruzə tezislərinin tərtib olunma qaydaları

- Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılır, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur;

- Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır;

- Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçının) soyadı, adı və atasının adı, onun altında isə ali təhsil müəssisəsinin adı yazılır.

Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:

  • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
  • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
  • Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir.
  • İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir

(Məsələn, 2, səh. 222).

Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində) xülasə və açar sözlər (hər üç dildə) verilır.

Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1 mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin) iclas protokolundan çıxarış əlavə olunur.

Konfransa təqdim edilən məruzədə problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir. 

Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat Komitəsi tərəfindən qəbul edilmir. Bu halda məruzə və əlavə olunan sənədlər geri qaytarılmır.

Məruzə tezisləri tələb olunan sənədlər, anket sorğusu (əlavədə verilmiş) və mətnin elektron variantı ilə birlikdə ADPU-nun Elm və innovasiyalar şöbəsinə (otaq 229, Tel.: 012-498-95-84) təqdim olunmalıdır.

Qeyd:

Doktorantlar və gənc tədqiqatçılar tezislərini aşağıdakı e-mail ünvanlara göndərməlidirlər (tezisin üstündə hansı bölməyə təqdim olunduğu qeyd olunmalıdır məsələn: Tarix bölməsinə):

  1.  Riyaziyyat, fizika, kimya, biologiya və tibb bölmələrinə təqdim olunan tezislər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  2.  Neft-qaz, geologiya, informatika və avtomatika bölmələrinə təqdim olunan tezislər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  3.  İqtisadiyyat, tarix və beynəlxalq münasibətlər bölmələrinə təqdim olunan tezislər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  4.  Azərbaycan filologiyası və xarici filologiya bölmələrinə təqdim olunan tezislər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  5.  Hüquq, coğrafiya və ekologiya bölmələrinə təqdim olunan tezislərbolme-Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  6.  Pedaqogika və psixologiya bölmələrinə təqdim olunan tezislər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  7. Memarlıq və inşaat, musiqişünaslıq və mədəniyyətşünaslıq bölmələrinə təqdim olunan tezislər Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Məruzə tezislərinin qəbul olunması üçün son tarix 1 oktyabr 2018-ci ildir.

 Anket

Təşkilat Komitəsi