шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

TƏDQİQAT

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

KİTABXANA

E-ADPU

ADPU-da qanvermə aksiyası

5 Dekabr-Beynəlxalq Könüllülər Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AQAC) Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Qan verək, bir canı xilas edək!” adlı könüllü qanvermə aksiyası keçirib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, AQAC-ın ADPU Bölməsinin sədri, dosent Ədilə Mahmu­dova, AQAC-ın ADPU üzrə İdarə Heyətinin üzvü Gülşən Mehdizadə, AQAC-ın ADPU Bölməsinin Filologiya fakültəsi üzrə sədri, dosent Həcər Hüseynova, Riyaziyyat və informatika fakültəsi üzrə sədri Mərziyə Şirinova, müəllim və tələbələri iştirak ediblər.

Hər il olduğu kimi, bu il də fakültələrin könüllüləri aksiya­nın keçirilməsində fəal iştirak ediblər.

  İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi