шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da “Kristallar, kvazikristallar, türk xalq sənəti” mövzusunda seminar-sərgi keçirilib

Martın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və innovasiyalar şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun Kristalloqrafiya laboratoriyasının müdiri, fizika üzrə elmlər doktoru, professor İmaməddin Əmiraslanovun“Kristallar, kvazikristallar, türk xalq sənəti” mövzusunda universitetin professor-müəllim heyətinə seminarı keçirildi. Seminardan öncə alimin uzun illər kristallar üzərində apardığı tədqiqatlar zamanı kristalın daxilində baş verən proseslərdən çəkilən şəkillər və fonsuz tamamlanma sahəsi üzrə çəkilmiş nəfis və incə rəsmlərin foto-sərgisinə baxış keçirildi. Professor İ.Əmiraslanov izləyicilərin böyük marağına səbəb olan foto-sərgi barədə ətraflı məlumat verdi.

[gallery ID=263]

Tədbiri giriş sözü ilə açan ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov “Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar ADPU-da silsilə tədbirlərin keçirildiyini diqqətə çatdıraraq keçirilən seminarın əhəmiyyətindən danışdı. Kristalloqrafiyanın bu gün dünyada olduqca aktuallıq kəsb edən sahələrdən birinə çevrildiyi qeyd olundu. Bu elm sahəsinin köməkliyi ilə bir çox sənətkarlıq sahələri də sürətlə inkişaf etməyə başlamışdır. Məhz buna görə də Azərbaycanda kristalloqrafiya məktəbinin banilərindən biri olan AMEA-nın müxbir üzvü, mərhum Xudu Məmmədov məktəbinin yetirməsi, uzun illər Tayvanın paytaxtı Taybey şəhərindəki elmi-tədqiqat mərkəzində çalışmış, bu sahədə özünəməxsus araşdırmaları və tətbiqləri olan professor İ.Əmiraslanovun“Kristallar, kvazikristallar, türk xalq sənəti” mövzusunda məruzə etmək üçün ADPU-ya dəvət edildiyini vurğulayan Asəf Zamanov dəvəti qəbul edib gəldiyinə görə professor İ. Əmiraslanova universitetin rəhbərliyi və professor-müəllim heyəti adından təşəkkür etdi.

Professor İ.Əmiraslanov çıxış edərək ADPU-nun rektoru, professor Cəfər Cəfərova, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanova təşəkkürünü bildirdi, tədbir iştirakçılarını qarşıdan gələn bayramlar münasibətilə təbrik etdi. Məruzəyə Argentinanın məşhur inqilabçı siyasətçisi Çe Gevaranın “Gəlin realist olaq. Mümkün olmayanı tələb edək!” fikirləri ilə  başlayan professor İ.Əmiraslanov kristallar, kvazikristallar üzərində aparılmış tədqiqatlardan geniş bəhs etdi.  İkili, üçlü, dördlü, beşli simmetriyalara malik quruluşların modellərini, xalçaçılıq və xəttatlıqda işlədilməsindən bəhs edən olduqca maraqlı tədqiqatlar haqqında məlumat  verdi. Lektor həmçinin kristalloqrafik simmetrikliyə əsaslanaraq özünün hazırladığı bir çox sənət əsərlərini də dinləyicilərə göstərərək bu səpgidə işlərin gələcəkdə istehsalçılar tərəfindən böyük marağa səbəb olacağını bildirdi.

Seminar iştirakçılarının çoxsaylı suallarını çavablandıran professor İ.Əmiraslanov məruzəni maraqla dinlədiklərinə görə dinləyicilərə təşəkkürünü bildirdi.

Sonda dinləyicilər professor İ.Əmiraslanovla xatirə şəkili çəkdirdilər.

 

İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi