шаблоны joomla сайт визитка
Скачать Joomla 3 шаблоны бесплатно

UNİVERSİTET

TƏDRİS

Elm

TƏLƏBƏ

BEYNƏLXALQ ƏLAQƏLƏR VƏ İNKİŞAF

E-ADPU

E-Təhsil

ADPU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının baxış mərhələsi keçirilib

Mayın 10-da müasir Azərbaycanın qurucusu, ümümmilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur. Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə və Onun xatirəsinə ehtiram əlaməti olaraq respublikamızın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq festivalı keçirilir. Bədii yaradıcılıq festivalı Təhsil Nazirliyi (TN) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİRK) birgə müvafiq qərarı əsasında keçirilir. Bədii yaradıcılıq festivalının keçirilməsində əsas məqsəd tələbə-gəncləri milli vətənpərvərlik, adət-ənənələrimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək etmək, həmçinin incəsənət və mədəniyyətimizin ayrı-ayrı sahələri üzrə istedadlı gənclərin üzə çıxarılaraq onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir. Festivalın keçirilməsi üçün Təşkilat Komitəsi və tərkibinə xalqımızın tanınmış incəsənət və mədəniyyət xadimlərinin daxil edildiyi Münsiflər Heyəti yaradılıb.

[gallery ID=320]

Aprelin 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) universitetin tələbələrinin iştirakı ilə bədii yaradıcılıq müsabiqə-festivalının baxış mərhələsi keçirilib. ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, ADPU-nun İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vurğun Məmmədov, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu,  Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, Əməkdar artist Təyyar Bayramov tələbələrin çıxışlarını dinləyiblər. Festivalın baxış-mərhələsində ADPU-nun tələbə-gənclərinin yüksək səviyyədə ifa etdikləri rəngarəng şeir, musiqi və rəqs nömrələri diqqəti cəlb edib. Məlumat üçün bildirək ki, festival qaliblərinin yekun konsertinin may ayının birinci ongünlüyündə keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, qaliblər Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin diplom və hədiyyələri, mükafatları ilə təltif ediləcəklər.

 

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi